PDF Oxu

Xəbərlər

  • 26

Azərbaycanlı deputatın layihələri AŞPA-nın komitə iclaslarında müzakirə olunacaq

Azərbaycanlı deputatın layihələri AŞPA-nın komitə iclaslarında müzakirə olunacaq

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynovun qurumun komitə iclaslarında məruzə layihələri müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil komitəsinin Mədəni irs üzrə alt komitəsinin iclasında mədəni irsin qorunmasına dair bir sıra məsələlər müzakirə ediləcək. Komitənin geniş iclasında isə muzey mükafatı, idmanda müsbət idarəçilik və etika, internet və onlayn mediada söz və informasiya azadlığının qorunması, insanların mədəni həyatda iştirak hüququ mövzularında müzakirələr aparılacaq.

İclasda deputat Rafael Hüseynov hazırladığı "Avropada ali təhsil məkanının coğrafi vahidliyi və beynəlxalq aləmə açıqlığı" mövzusunda məruzə layihəsini təqdim edəcək. Sonra məruzənin tamamlanmış olan ilkin mətni komitə iclasında səsverməyə qoyulacaq.

Digər xəbərlər