"Azərbaycan dövləti əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətini uğurla davam etdirir. Ölkə Prezidentinin sərəncamları əsasında dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların ardıcıl olaraq əmək haqqlarının, eləcə də bir sıra kateqoriyalar üzrə sosial müavinətlərin artırılması bu faktın əyani göstəricisidir". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioret istiqamətlərdən biridir və bu, ölkə Konstitusiyasında da təsbit olunub. Onun sözlərinə görə, Azərbaycanda hər il dövlət büdcəsində sosial məqsədlər üçün kifayət qədər vəsait ayrılır. Belə ki, sosial sahəyə ayrılan vəsaitlər büdcənin 40 faizinə yaxındır.
Komitə sədrinin müavini gələcəkdə də yeni sosial layihələrin həyata keçiriləcəyini bildirib. M.Quliyev deyib ki, sosial layihələrin icra olunması üçün ölkədə maliyyə problemi yoxdur.
yap.org.az