PDF Oxu

Xəbərlər

  • 35

Sevinc Fətəliyeva: İƏT-in Bakı sammiti beynəlxalq müstəvidə əməkdaşlıq baxımından əhəmiyyətlidir

Sevinc Fətəliyeva: İƏT-in Bakı sammiti beynəlxalq müstəvidə əməkdaşlıq baxımından əhəmiyyətlidir

"İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən növbəti sammiti həm ikitərəfli, həm də beynəlxalq müstəvidə əməkdaşlıq baxımından əhəmiyyətlidir". Bu fikri yap.org.az saytına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bu sammitin keçirilməsi tərəflər arasında əməkdaşlığın daha da genişlənməsi baxımından stimul ola bilər. Onun sözlərinə görə, sammit çərçiəvsində xarici ölkələrin rəhbərləri, nümayəndə heyətləri Azərbaycanın qazandığı nailiyyətlərlə yaxından tanış ola biliblər.

"Eyni zamanda, Azərbaycan bu nüfuzlu regional təşkilatın üzvü olaraq bir sıra problemləri, xüsusilə Ermənistan tərəfindən torpaqlarımızın işğalı faktına diqqəti yönəltdi. Ümumiyyətlə, Bakı sammiti üzv ölkələrin mövqelərinin yaxınlaşdırılması, müəyyən məsələlərlə bağlı ümumi fikrin ortaya qoyulması baxımından yaxşı imkan yaratdı" - deyə, komitə sədrinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər