PDF Oxu

Xəbərlər

  • 15

Vaqif Novruzov: YAP-ın yaşıllaşdırma ilə bağlı təşəbbüsləri çox təqdirəlayiqdir

Vaqif Novruzov: YAP-ın yaşıllaşdırma ilə bağlı təşəbbüsləri çox təqdirəlayiqdir

"Yeni Azərbaycan Partiyasının yaşıllaşdırma kampaniyası ilə bağlı təşəbbüsləri çox təqdirəlayiqdir". Bu fikri yap.org.az saytına açıqlamasında Bakı şəhər Yaşıllaşdırma Təsərüfatı Birliyinin baş direktoru Vaqif Novruzov deyib. V.Novruzov bildirib ki, belə tədbirlər davamlı xarakter daşıyır. Onun sözlərinə görə, bütövlükdə Abşeron yarımadasında nə qədər çox ağacın əkilməsi bir o qədər yaxşıdır. "Çünki bu ərazinin təbiəti digər ərazilərdən fərqli olaraq şıltaq iqlimdir, burada hər ağac bitmir. Amma Nərimanov rayonu ərazisində əkilən bu ağaclar həm iqlimə, həm də torpağa tam uyğundur. İnanıram ki, bu ağacların 95-98 faizində bitiş olacaq. Məlumat üçün deyim ki, bu ilin ötən dövrü ərzində də yaşıllaşdırma işləri aparılıb və Bakı şəhərində on minlərlə ağac əkilib. Çünki təkcə Yaşıllaşdırma Təsərüfatı Birliyi bu işlə məşğul olmur. YAP və digər qurumlar da ardıcıl olaraq belə aksiyalar həyata keçirirlər"- deyə V.Novruzov qeyd edib.

yap.org.az

Digər xəbərlər