PDF Oxu

Xəbərlər

  • 23

Samir Şərifov: 2013-cü ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə 19 milyard 154 milyon manat proqnozlaşdırılır

Samir Şərifov: 2013-cü ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə 19 milyard 154 milyon manat proqnozlaşdırılır

"2013-cü ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə 19 milyard 154 milyon manat proqnozlaşdırılır". Bu barədə maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin iclasında çıxışı zamanı deyib.

S.Şərifov bildirib ki, büdcənin gəlirlərinin 11,4 milyard manatı Dövlət Neft Fondundan transfertlər, 6,4 milyard manatı Vergilər Nazirliyi, 1,4 milyard manatı Gömrük Komitəsinin xətti ilə, 0,1 faizi isə digər daxilolmalar hesabına təşkil edəcək.

"Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq 2013-cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına maliyyə təminatı yaradacaq. Növbəti ildə dövlət büdcəsinin xərclərinin sosial və investisiya yönümlüyü saxlanılmaqla xərclərin əhəmiyyətli hissəsi dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsinə və digər vacib istiqamətlərə yönəldiləcək" - deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər