Dekabrın 10-dan 12-dək Moskvada Xəzərin dəniz mühitinin qorunması ilə bağlı tədbir keçiriləcəkdir.
Keçiriləcək tədbir çərçivə Konvensiyasının 4-cü sessiyasıdır. Xəzərin dəniz mühitinin qorunması ilə bağlı olan Konvensiya 2003- cü il noyabrın 4-də Tehranda qəbul olunmuşdur. Bu Konvensiya BMT-nin Ətraf Mühitin Qorunması Proqramının (UNEP) dəstəyi ilə hazırlanmışdır.
Sənəd Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan hökumətləri tərəfindən imzalanmış və 2006-cı ilin avqustunda qüvvəyə minmişdir.
yap.org.az