PDF Oxu

Xəbərlər

  • 32

Azərbaycan ilə Albaniya arasında ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan ilə Albaniya arasında ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir

Noyabrın 28-29-da Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Albaniya Respublikasının müstəqilliyinin 100-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək məqsədi ilə Tiranada səfərdə olmuşdur.

Azərbaycanın Yunanıstan və Albaniyadakı səfirliyindən bildirmişlər ki, Ə.Qarayev səfər çərçivəsində Albaniyanın turizm, mədəniyyət, gənclər və idman naziri Aldo Bumçi ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Albaniya arasında mədəniyyət və turizm sahəsində ikitərəfli münasibətlərin hazırkı durumu və perspektivləri müzakirə edilmişdir.

"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında" saziş imzalanmışdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Albaniyanın Baş naziri Sali Berişa ilə görüşündə isə iki ölkə arasında əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə edilmişdir.

yap.org.az

Digər xəbərlər