PDF Oxu

Xəbərlər

  • 22

Musa Pənahov: Son illər ərzində nəqliyyat sektorunun ölkənin ÜDM-dəki payı 5,6 faizə qədər artıb

Musa Pənahov: Son illər ərzində nəqliyyat sektorunun ölkənin ÜDM-dəki payı 5,6 faizə qədər artıb

Son illər ərzində nəqliyyat sektorunun ölkənin ÜDM-dəki payı 5,6 faizə qədər artıb. Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

M.Pənahov qeyd edib ki, son 10 ildə Azərbaycanda yükdaşımalarda orta illik artım 3,8 faiz, o cümlədən tranzit daşımalarda 6,6 faiz, sərnişin daşımalarda 6,1 faizə bərabər olub.

Ölkəmizdə bütün daşımaların təxminən 80 faizinin avtomobil nəqliyyatı vasitəsilə həyata keçirildiyini və bu dinamikanın ildən-ilə artdığını diqqətə çatdıran M.Pənahovun sözlərinə görə, dəmir yolunun inkişafı istiqamətində də iri həcmli tikinti və yenidənqurma işləri görülür. Nazir müavini deyib ki, hazırda dəmir yollarının inkişafını təmin edəcək beşillik dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində şərq-qərb istiqamətində müasir tələblərə cavab verən dəmir yolu infrastrukturunun qurulmasına başlanıb.

"Proqram həyata keçirildikdən sonra yol örtüyünün yenidən qurulması, rabitə və işarəvermə, eləcə də enerji sisteminin yeniləşdirilməsi, yeni lokomotivlərin və vaqonların alınması, mərkəzi dispetçer sisteminin yaradılması, qatarların sürətinin saatda 140 kilometrə çatdırılması və yük daşımalarının həcminin 30 faiz artırılması mümkün olacaq"- deyə, M.Pənahov vurğulayıb.

yap.org.az

Digər xəbərlər