"Azərbaycanda internet xidmətlərindən istifadəyə görə qiymətlər münasibdir". Bu fikri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadə bildirib ki, Azərbaycanda internetin qiyməti MDB regionunda mövcud olan tariflərlə müqayisədə eyni səviyyədədir. Eyni zamanda, Azərbaycanda paytaxt və regionlarda internetin qiyməti eynidir.
"Ölkədə internet xidmətlərinə olan qiymətlərin aşağı salınması və keyfiyyətin yüksəldilməsi siyasəti davamlı şəkildə aparılır. Hazırda Azərbaycanda İKT sektorunda həyata keçirilən layihələr internetin qiymətinin daha da aşağı salınmasına imkan yaradacaq. Ölkədə internet istifadəçilərinin sayının artması da qiymətin aşağı salınması istiqamətində vacib rol oynayan amillərdəndir" - deyə, nazir müavini vurğulayıb.
yap.org.az