"Azərbaycanın inkişafı böyük vüsət alıb. Bu inkişafın əsas səbəblərindən biri dövlətimizin müstəqil siyasət həyata keçirməsidir". Bu fikirləri YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, geostrateji məkanda yerləşən Azərbaycan inkişafımızı istəməyən xarici qüvvələrin cəhdlərinə baxmayaraq özünün inkişaf yolu ilə inamla irəliləyir. Onun sözlərinə görə, bu qətiyyətli siyasət dövlətimizin beynəlxalq müstəvidə nüfuzunu daha da artırır.
"Azərbaycanın inkişaf strategiyasının müəllifi Ulu öndər Heydər Əliyevdir. Bu gün Prezident İlham Əliyev bu strategiyanı uğurla həyata keçirir. Artıq başa çatmaqda olan 2012-ci ildə ölkəmiz bir çox uğurlar qazanıb. Hesab edirəm ki, növbəti ildə naliyyətlərimiz daha da yüksələcək"- deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.
yap.org.az