Azərbaycana səfərə gəlmiş BP şirkətinin icraçı direktoru Robert Dadli dekabrın 18-də ARDNŞ-də olub.
Qonağı salamlayan ARDNŞ prezidenti Rövnəq Abdullayev "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsi üzrə Rəhbər Komitənin qərarı ilə təşkil edilmiş alt komitənin istər Londonda, istərsə də Bakıda məhsuldar çalışdığını, effektiv tədbirlər görüldüyünü, yataqların qısamüddətli və uzunmüddətli işlənilməsi planlarının hazırlandığını təqdir hissi ilə qeyd etmişdir. /Trend/
Azərbaycana bir daha səfər etməsindən məmnunluğunu bildirən Robert Dadlı ötən üç ayda AÇG blokunda hasilatın stabillləşdirilməsi məqsədi ilə görülmüş işləri müsbət qiymətləndirmiş, göstərilən dəstəyə və köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmişdir. BP şirkətinin icraçı direktoru həmçinin 2015-ci il Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında verilmiş qərar münasibəti ilə Azərbaycan xalqını təbrik etmiş, ilk Avropa Olimpiya Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunacağına inandığını söyləmişdir.
ARDNŞ prezidenti Rövnəq Abdullayev BP şirkətinin qisa müddətdə geologiya, qazma, hasilat və digər sahələr üzrə yüksəksəviyyəli menecmentinin "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın stabilləşdirilməsi məqsədi ilə Bakıya göndərilməsindən razılıqla söz açmış, qeyd etmişdir ki, görülən işlər ARDNŞ, BP və digər layihə iştirakçılarının sıx əməkdaşlığı və gərgin səyləri nəticəsində qısa müddətdə işlənilmədə sabitlik qazanılacağına əminlik yaradır.
yap.org.az