PDF Oxu

Xəbərlər

  • 28

Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze: bizim münasibətlərimizin əsasını Heydər Əliyev elə qoyub ki, onu kimsə poza bilməz

Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze: bizim münasibətlərimizin əsasını Heydər Əliyev elə qoyub ki, onu kimsə poza bilməz

"Azərbaycan və Gürcüstan arasındakı münasibətlər dəyişə bilməz, yalnız dərinləşə bilər". Bunu Bakıda Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda hakimiyyət dəyişikliyi dinc şəkildə - seçki yolu ilə baş tutub: "Bu çox vacib amildir. Çünki Gürcüstanın müstəqilliyi dövründə həmişə müharibələr, inqilablar olub".

Z.Abaşidze qeyd edib ki, yaxın vaxtlarda Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycana səfər edəcək: "Yeni hökumət üçün başlıca məsələ Azərbaycan-Gürcüstan münasibətlərinin dərinləşdirilməsidir. Bizim münasibətlərimizin əsasını Heydər Əliyev elə qoyub ki, onu kimsə poza bilməz".

yap.org.az

Digər xəbərlər