PDF Oxu

Xəbərlər

  • 14

Əli Əhmədov: Serj Sarkisyanın müharibə bəyanatları Ermənistanda prezident seçkiləri öncəsi daxili auditoriyaya hesablanmışdır

Əli Əhmədov: Serj Sarkisyanın müharibə bəyanatları Ermənistanda prezident seçkiləri öncəsi daxili auditoriyaya hesablanmışdır

Ermənistan prezidentinin müharibə bəyanatları prezident seçkiləri öncəsi daxili auditoriyaya hesablanmışdır.

Bu sözləri YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında demişdir.

Ə.Əhmədov bildirmişdir ki, Ermənistanda əhalinin sayı sürətlə azalmaqdadır, artıq bu ölkədə yaşamaq mümkün deyildir. Gənclərin böyük əksəriyyəti ölkəni tərk edir. Bu, bütövlükdə Ermənistandakı ictimai-siyasi və mənəvi-psixoloji durumun ən bariz nümunəsidir.

YAP Sədrinin müavini Azərbaycanda ordu quruculuğuna dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinin bütövlükdə Ermənistanın dövlət büdcəsindən çox olduğunu demişdir. Ermənistanın rəhbərliyinin də, vətəndaşlarının da Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artmasından çox böyük qorxuya düşdüklərini bildirərək demişdir: "Azərbaycanın Ordusu və cəmiyyəti ölkənin ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə həmişə hazırdır. Sadəcə Azərbaycan rəhbərliyi və cəmiyyəti münaqişənin qan tökülmədən, müharibəyə yol vermədən nizamlanmasını, dinc yolla həll olunmasını istəyir. Nə qədər ki, bu imkanlar mövcuddur, Azərbaycan münaqişəni dinc yolla həll etməyə çalışacaqdır. Əgər bu, sülh yolu ilə mümkün olmazsa, Azərbaycan xalqı qəti iradəsini ortaya qoyaraq pozulmuş ərazi bütövlüyünü qətiyyətlə təmin edəcəkdir. Buna heç kimin şübhəsi yoxdur və bunu Ermənistan hökuməti də, Serj Sarkisyan da daxil olmaqla hamı bilir".

yap.org.az

Digər xəbərlər