PDF Oxu

Xəbərlər

  • 6

Arif Rəhimzadə: Yeni Pirallahı rayonunun turizm potensialı böyükdür

Arif Rəhimzadə: Yeni Pirallahı rayonunun turizm potensialı böyükdür

"Bakı şəhərində yeni rayonun yaradılması zərurət idi. Pirallahı, Çilov və Neft Daşları adalarında uzun illər əvvəl qəsəbələr qəsəbələr salınıb. Bu qəsəbələrdə 18 min nəfər əhali yaşayır. Yeni rayonun yaradılması əhalinin dövlət strukturları ilə münasibətləri daha da yaxşılaşdıracaq". Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri arif rəhimzadə deyib.

Arif Rəhimzadə bildirib ki, həmin qəsəbələrdə məktəblər, uşaq bağçaları, poliknikalar, sənaye, inşaat, nəqliyyat müəssisələri və digər obyektlər fəaliyyət göstərir. Onun sözlərinə görə, əhalinin əsas məşğuliyyəti neft sənayesində olsa da, bu adaların böyük turizm potensialı var.

"Piralahı rayonu üç adanın əsasında yaradılır. Yeni rayonun yaradılması dövlət qurumlarını əhaliyə yaxınlaşdırmaqla bərabər insanlara göstərilən xidmətləri də yaxşılaşdıracaq, ərazinin potensialından daha səmərəli istifadə edilməsinə şərait yaradacaq. Bu rayonun turizm potensialından da səmərəli istifadə ediləcək"- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər