PDF Oxu

Xəbərlər

  • 15

Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 11,4 milyon ton təşkil etmişdir

Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 11,4 milyon ton təşkil etmişdir

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0,2 faiz artaraq 11,4 milyon ton təşkil etmişdir. Yüklərin 61,1 faizini neft, 38,9 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilmişdir. Dövlət Statistika Komitəsindən bildirmişlər ki, bu müddətdə dəniz limanlarında 10,9 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmiş və 0,1 faiz artım olmuşdur. İşlənmiş yüklərin 86,7 faizini təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 1,8 faiz artmışdır.

yap.org.az

Digər xəbərlər