PDF Oxu

Xəbərlər

  • 26

Aytən Mustafayeva: Azərbaycan insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edildiyi ölkələrdəndir

Aytən Mustafayeva: Azərbaycan insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edildiyi ölkələrdəndir

"Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edildiyi ölkələrdəndir. 1993-cü ildən bu günə qədər ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində ciddi işlər görülüb, əhəmiyyətli islahatlar aparılıb". Bunu Milli Məclisin deputatı, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-tədqiqat İnstitutunun direktoru Aytən Mustafayeva bildirib.

Onun sözlərinə görə, demokratik inkişaf yolunda olan ölkəmizdə mülki və siyasi azadlıqların yüksək səviyyədə təmin olunması müvafiq beynəlxalq təşkilatlar və institutlar tərəfindən də təqdir olunur: "Təəssüf ki, son zamanlar bəzi mətbuat orqanlarında Azərbaycanda, xüsusilə də sərbəst toplaşmaq azadlığı məsələsi ətrafında spekulyasiya yaratmağa çalışırlar. Amma bu gün insan hüquqlarının vətəni adlandırılan Avropanın özündə belə sərbəst toplaşmaq azadlığından ictimai asayişə və təhlükəsizliyə təhlükə yaradan hal kimi istifadə olunması qadağandır və yolverilməz hesab olunur. Ölkəmizdə insanlar sərbəst toplaşmaq azadlığından qanunla müəyyən olunmuş qaydada istifadə edə bilirlər".

"Bəzən bir sıra qüvvələr ölkəmizdə insanların sərbəst toplaşmaq azadlığından istifadə edə bilməmələrini ifadə edirlər. Onlar müəyyən yer məhdudiyyətindən və s. şikayətlənirlər. Amma hesab edirəm ki, bu, sadəcə spekulyasiya və ya bəhanədir. Çünki əgər bir qurumun sosial bazası varsa və tərəfdarlarını arxasınca apara bilirsə, məhz o zaman məkanın heç bir fərqi və əhəmiyyəti yoxdur. Deməli, ciddi sosial baza problemi yaşayan qüvvələr özlərinin problemini ört-basdır etmək üçün "vətəndaşların sərbəst toplaşmaq azadlığından istifadə edə bilməmələri"nə dair manipulyasiya edirlər"-deyə, A. Mustafayeva bildirib.

yap.org.az

Digər xəbərlər