"Azərbaycan bütün parametrlərə görə bu regionda ən demokratik Avropa ölkəsidir". Bu fikirləri Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.
M.Qasımlı bildirib ki, Azərbaycan "Şərq tərəfdaşlığı" proqramını uğurla yerinə yetirir. Onun sözləinə görə, bütün bu qiymətləndirməni Ermənistana aid etmək olmaz. Çünki bu ölkə Azərbaycan torpaqlarını işğal altında saxlayır ki, bu da təkcə beynəlxalq hüquq normalarının pozulması deyil, həm də Avropa dəyərləri ilə ziddiyyət təşkil edir.
"Hesab edirəm ki, Ermənistan Avropa İttifaqının heç bir standartına cavab vermir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərdə Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarını azad etməsinə dair çağırışlar yer alıb. Bu səbəbdən, Avropa ailəsinin bir üzvünün digər bir üzvün torpaqlarını işğal etməsi yolverilməzdir. Bu baxımdan, Avropa ölkələri Azərbaycan və Ermənistana eyni yanaşmamalıdır. Avropa ölkələri təcavüzkarı yerinə oturtmalı və onlar tərəfindən qəbul edilən qətnamələrin tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsinə nail olmalıdır"- deyə deputat vurğulayıb.
yap.org.az