ABŞ-ın Luiziana ştatından konqresmen Rodni Aleksandr Azərbaycanın "Azərspace-1" peykinin müvəffəqiyyətlə buraxılması ilə əlaqədar Nümayəndələr Palatasında çıxış etmişdir.
Konqresmen bu nailiyyət münasibətilə Azərbaycanı təbrik etmiş və bildirmişdir ki, bu tarixi hadisə iki ölkə arasında münasibətlərin inkişafının daha bir təsdiqidir. "Azərspace-1" peyki Azərbaycanı, habelə Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və Afrika ölkələrini mühüm telekommunikasiya xiodmətləri ilə təmin edəcəkdir. R.Aleksandr onu da vurğulamışdır ki, Azərbaycan peykinin buraxılması ağır zəhmətin və Azərbaycan hökuməti ilə ABŞ-ın özəl sektoru arasında əməkdaşlığın zirvəsidir.
Azərbaycan bu yaxınlarda "Boeing" şirkətindən təyyarələr almaqla yanaşı, aeronavtika və aerokosmik sənaye sahələrində ABŞ-ın etibarlı tərəfdaşı olmuş, üstəlik, geniş iqtisadi inkişafa təkan vermişdir. Konqresmen həmkarlarını bu tarixi hadisə münasibətilə Azərbaycanı təbrik etməyə çağırmışdır. 2003-cü ildə ABŞ-ın Respublikaçılar Partiyasından Konqresə seçilmiş Rodni Aleksandr Luiziana ştatının 5-ci dairəsini təmsil edir. O, ABŞ Konqresində Azərbaycan kokusunun nümayəndəsidir.
yap.org.az