Hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə "8 mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə Azərbaycan və Türkiyə xanımlarının əl işləri xeyriyyə sərgisi keçirilir. SİA-nın məlumatına görə, sərginin açılış mərasimində dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri iştirak ediblər.Tədbirdə həmçinin bildirilib ki, builki xeyriyyə sərgisindən əldə olunacaq vəsaitin Gəncliyə Yardım Fondunun "101 ehtiyac sahibi ailəyə yardım" layihəsində istifadə olunması planlaşdırılır. Layihə çərçivəsində Bakı şəhərində yaşayan 101 ehtiyac sahibi ailə seçiləcək və sərgidən əldə olunan gəlirlər onların ehtiyaclarının ödənilməsinə sərf olunacaq.Qeyd edək ki, illərdir ehtiyac sahibi olan ailələrə yardım edən və onlara hər zaman qayğı göstərən Gəncliyə Yardım Fondu ənənəvi olaraq aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinə sovqatlar aparır və onları lazımi məişət avadanlıqları ilə təmin edir.
sia.az