"Azərbaycan Konstitusiyasına uyğun olaraq hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin illik hesabatı dinlənilir. Artıq bu gün 2013-cü il yaz sessiyasının beşinci iclasıdır və Nazirlər Kabineti özünün ötənilki fəaliyyətinə dair hesabat verir. Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi illik hesabatların məzmunu və strukturu ilbəil təkmilləşdirilir, iqtisadiyyatın ayrı-ayrı sahələrində baş verən meyillər cədvəllərdə və diaqramlarda göstərilməklə, ətraflı təhlil olunur". Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
O.Əsədov bildirib ki, müzakirəyə təqdim olunmuş hesabatda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında baş verən dəyişikliklər, dövlət proqramlarının icrasının cari vəziyyəti, ölkəmizin regionda həyata keçirilən transmilli layihələrdə iştirakı geniş əks etdirilib. Onun sözlərinə görə, dünya iqtisadiyyatında davam edən tənəzzülə baxmayaraq, ölkəmiz makroqitisadi göstəricilər əldə edib.
"Eyni zamanda, müvafiq dövlət proqramları uğurla icra olunur. Ölkəmizdə adambaşına ÜDM həcmi 7,5 min dollara çatıb. Azərbaycanın 2012-ci ildə qazındığı uğurlar beynəlxalq maliyy qurumları və reytinq agentlikləri tərəfindən yüksək dəyərləndiriblər. Bu, dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkəmizin nüfuzunu bir daha təsdiqləyir"- deyə, spiker vurğulayıb.
yap.org.az