Azərbaycanın Yaponiyadakı Səfirliyində Novruz bayramına həsr edilmiş tədbir keçirilib. SİA-nın xarici işlər nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Yaponiyanın ictimai və siyasi dairələrin nümayəndələri, Yaponiyadakı Azərbaycan diasporunun üzvləri, KİV nümayəndələri iştirak edib.Səfir Gürsel İsmayılzadə tədbiri açaraq xalqımızın minilliklər boyu qoruyub saxladığı qədim bayramı olan Novruzun tarixi və onun əsas xüsusiyyətləri barədə məlumat verib. Bayramın sülh, dostluq, ənənəvi saflıq, birlik, təbiətin oyanışı bayramı olduğu qeyd edilmişdir. Həmçinin, səfir 21 mart tarixinin BMT BA-nın müvafiq qərarı ilə Beynəlxalq Novruz Günü elan olunduğunu, eləcə də ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edildiyini vurğulayıb.Tədbirdə Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini, mətbəxini, rəqslərini, xalçalarını və turizm potensialını əks etdirən slaydlar nümayiş etdirilib.
sia.az