"Azərbaycan nəinki regionda, eləcə də dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir və bunun da çox ciddi iqtisadi əsasları var. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir. Dünya iqtisadiyyatında mənfi tendensiyalı proseslərin cərəyan etməsinə baxmayaraq, ölkəmizdə iqtisadi sahədə davamlı və dinamik inkişaf göstəriciləri əldə olunmaqdadır. Təbii ki, bunun başlıca səbəbi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurlu iqtisadi siyasətin həyata keçirilməsidir". Bu fikirləri YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, bu siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafı xarakterizə edən bütün göstəricilər yüksəlib. Artıq inkişafın Azərbaycan modelinin yaradıldığını deyən A.Hüseynovun fikrincə, ölkəmizin ən böyük uğurlarından biri də mükəmməl büdcə sisteminin formalaşdırılmasıdır.
"Azərbaycan dövlətinin iqtisadi imkanları artdıqca bu bütün sahələrdə olduğu kimi, sosial sferada da da daha mütərəqqi və vətəndaşlarımızın həyatına birbaşa və yüksək səviyyədə təsir edən tədbirlərin həyata keçirilməsinə imkanlar yaranır"- deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.
yap.org.az