PDF Oxu

Xəbərlər

  • 60

Nazirlik futbol turnirinə start verdi

Nazirlik futbol turnirinə start verdi

Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir. Nazirlikdən SİA-ya verilən məlumata görə, martın 30-da İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş mini - futbol turnirinə start verilib. Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, həmçinin nazirlik əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği məqsədi ilə keçirilən turnirdə İqtisadi İnkişaf Nazirliyinin aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumlardan 15 komanda iştirak edir.Qeyd edək ki, turnirə mayın 4-də yekun vurulacaq.

sia.az

Digər xəbərlər