PDF Oxu

Xəbərlər

  • 94

Ziyad Səmədzadə: “Gömrük tarifi haqqında” yeni qanun layihəsi ölkəmizin iqtisadi və milli təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır

Ziyad Səmədzadə: “Gömrük tarifi haqqında” yeni qanun layihəsi ölkəmizin iqtisadi və milli təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır

"Gömrük tarifi haqqında" yeni qanun layihəsi ölkəmizin iqtisadi və milli təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, qanuna əsasən gömrük tarifinin formalaşdırılması, tətbiqi, həmçinin gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydaları müəyyən ediləcək. Onun sözlərinə görə, sənəd 5 fəsil, 23 maddədən ibarətdir.

"Qanunun əsas məqsədi idxalın əmtəə strukturunu tənzimləmək, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək, ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq və dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaqdır. Sənəddə ixracat və idxalatın operativ tənzimlənməsi məqsədi ilə müəyyən hallarda mövsümi rüsumların tətbiqi məsələsi də dolğun əksini tapıb"- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər