Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək ölkələrdən İspaniya, Britaniya, İsrail və İsveç nümayəndə heyətlərinin və jurnalistlərinin bir qrupu Azərbaycana gəlib.
Nümayəndə heyətlərini və jurnalistləri Heydər Əliyev Beynəlxalq Aeroportunda "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları və könüllülər qarşılayıblar.
Komandaların nümayəndələri Atletlər, jurnalistlər isə Media kəndlərinə yola salınıb.
"Bakı-2015" Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah yarışlar başlayana qədər fasiləsiz fəaliyyət göstərəcək.
yap.org.az