PDF Oxu

Xəbərlər

  • 650

Vitali Bubnoviç: Birinci Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib Bakı-2015

Vitali Bubnoviç: Birinci Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib Bakı-2015

"Bakı-2015" ilk Avropa Oyunları mənim üçün çox əhəmiyyətli idi. Çünki yarışdığım idman növü gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ verirdi. Yarışda qızıl medal qazandığım və "Rio-2016"-ya vəsiqə əldə etdiyim üçün çox xoşbəxtəm.Bu sözləri AZƏRTAC-a müsahibəsində atıcılıq idman növünün 10 metrdən hava tüfəngi ilə atəş üzrə kişilər arasındakı yarışın qalibi belaruslu idmançı Vitali Bubnoviç deyib. "Birinci Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib və bu yarışların iştirakçısı olmaqdan məmnunam" – deyə o bildirib.

AZƏRTAC

Digər xəbərlər