PDF Oxu

Xəbərlər

  • 5 032

Media nümayəndələri arasında futtennis üzrə turnir keçiriləcək

image

Azərbaycan Futnet Federasiyasının 2019-cu il təqvim-idman planına müvafiq olaraq media nümayəndələri arasında futtennis üzrə turnir keçiriləcək. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu idman növünün Azərbaycanda populyarlaşdırılması məqsədilə ölkəmizdə ilk dəfə təşkil olunacaq turnirə bütün media nümayəndələri dəvətlidir.Turnir 2019-cu il fevralın 10-da “Marafon” İdman Klubunda keçiriləcək.Hər komandanın heyətində ən azı 3 nəfər olmalıdır. Turnirin qaliblərinə kubok, medallar, federasiyanın diplom və mükafatları təqdim olunacaq.Yarışda iştirak etmək istəyən komandalar 30 yanvar tarixinədək federasiya ilə əlaqə saxlaya bilərlər:

Tel: +994 70 773 09 09; +994 77 399 29 99

sia.az

Digər xəbərlər