Türkiyənin Antalya şəhərində keçirilən TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan komandası final qarşılaşmasında türkiyəli həmkarlarına uduzub.
SİA xəbər verir ki, qarşılaşmanın 14-cü dəqiqəsində Fatih Şahin, 26-cı dəqiqəsində isə Oktay Çanak, 60+2 dəqiqədə isə Türkiyənin gənclər və idman naziri Osman Bak fərqləniblər.
Azərbaycan komandası isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Belə ki, 49-cu dəqiqədə Fərid Məmmədquluzadə fərqlənib.
Azərbaycanlı deputat Kamran Bayramov matçda zədələnərək oyundan çıxıb.
Turnirdə birinci yeri Türkiyə, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Qırğıstan parlament komandaları tutub.
Qeyd edək ki, bu turnir ilk dəfə keçirilir. Yarışda 6 komanda mübarizə aparır.
Azərbaycan komandası əvvəlcə Qırğızıstana 1:2 hesabı ilə məğlub olub, daha sonra Şimali Kiprə 3:0 hesabı ilə qalib gələrək qrup birincisi kimi finala yüksəlib.
Qalanları isə əlavə iş saatları ilə işləməyə məcbur edirlər...
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...