“Real” lider “Atletiko”nu məğlub edib, “Sevilya” minimal hesablı qələbə qazanıb

Futbol üzrə İspaniya La Liqasında 13-cü turun oyunları keçirilir.SİA xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.“Valensiya” “Atletik”lə məhsuldar heç-heçəyə razılaşıb. Səfərdə “Xetafe” ilə qarşılaşan “Sevilya” minimal hesabla qalib gəlib. “Hueska” da “Alaves”i məğlub yola salıb.Turun mərkəzi görüşü Madriddə keçirilib. “Real” doğma meydanda lider “Atletiko”nu qəbul edib. Meydan sahibləri bu oyundan inamlı qələbə ilə ayrılıblar.

İspaniya La Liqası
13-cü tur
11 dekabr
Valyadolid – Osasuna 3:2
Qol: Vaysmann, 7; 76. Orelyana, 56-pen – Budimir, 27. Torres, 43.
12 dekabr
Valensiya – Atletik 2:2
Qol: Soler, 26-pen. Valyexo, 83 – Vilyalibre, 55. R.Qarsiya, 79-pen.
Xetafe – Sevilya 0:1
Qol: Etçeyta, 81-öz qapısına.
Hueska – Alaves 1:0
Qol: Ontiveros, 66.
Real – Atletiko 2:0
Qol: Kazemiro, 15. Oblak, 63-öz qapısına.
13 dekabr
17:00 Real Sosyedad – Eybar
19:15 Betis – Vilyarreal
21:30 Elçe – Qranada
00:00 Barselona – Levante
14 dekabr
00:00 Selta – Kadis

sia.az