Əhali tərəfindən kağız-karton qabların geniş şəkildə istehlak olunmasının özünəməxsus əhəmiyyəti var. Əslində kağız-karton qablara tələbat günü-gündən artmaqdadır. Buna görə də bu sahənin inkişaf etdirilməsinə ehtiyac var.
Məlumdur ki, kağız ilk dəfə bizim eranın II əsrində Çində Çay Jun tərəfindən əldə edilib. İlk kağız xammmal bazası kimi ipəkdən, tut ağacının qabığından və s bitki liflərindən istifadə olunub. Kağızın kəşfi böyük inkişafa səbəb olub və beləliklə, bir çox sahə kağızın yaranması ilə meydana gəlib. Hazırda məişətdə ən çox istifadə olunan material kağızdır.
IX–XII əsrlərdə kağız bəzi Avropa ölkələrində ancaq kilsə kitabları yazmaq üçün istifadə olunduğundan o, çox bahalı hesab olunurdu. Lakin zaman keçdikcə kağız–karton mallarının tətbiqi sahəsi genişləndi. Nəticədə müxtəlif tərkibli, təyinatlı, ölçülü, rəngli, formatlı kağız və kartonlar istehsal olundu. İstehlak xüsusiyyətlərinə uyğun olaraq kağızın növü müəyyənləşir. Kağız və kartonlar bir-birindən ərzaq və sənaye malları üçün olanlara görə də fərqlənir. Çünki ərzaqla təmasda olan kağız məmulatları ekoloji cəhətdən daha təmiz və gigiyenik olmalıdır.
Kağız 1m2-nin kütləsi 250 qr-a bərabər olan materialdır. Əsas növlərinə görə 10 sinfə bölünür. Karton da vərəqə materialı olub kağızdan daha çox qalın və ağır olması ilə fərqlənir.
Respublikamıza daxil olan kağız və karton mallarının keyfiyyəti ilk öncə gömrük-keçid məntəqələrində ixtisaslaşdırılmış laboratoriyalarında yoxlanır, sonra onlar respublikanın satış məntəqələrinə buraxılmasına icazə verilir. Yazı kağızlarının, dəftər vərəqələrinin keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Çünki, keyfiyyətli kağızlarda yazılmış yazıları, məlumatları, rəsm albomlarında çəkilmiş rəsmləri daha uzun müddətdə saxlamaq mumkündür.
Son zamanlar kağız – karton mallarının istehsalı üçün lazım olan xammalı əldə etmək üçün meşələr çox qırılır. Bunun qarşıını almaq üçün kağız istehsalında sintetik liflərdən istifadə olunmağa başlanmışdır. Bu, çox sərfəli qiymətə kağız almağa imkan verir. Kağız və karton tərkibcə bitki liflərindən ibarət olmaqla müəyyən emal proseslərindən keçirilir.
Bəzi növ kağız və kartonların tərkibi mineral, süni və sintetik liflərdən ibarət ola bilər. Kağız və kartonun hazırlanmasında daha çox tətbiq olunan lifli materiallardan iynəyarpaqlı və enliyarpaqlı ağac növlərini misal göstərmək olar. Qeyri - ağac lifli materiallara isə samanı, yabanı bitən qamışları, köhnə kağız tör-töküntülərini və s. misal göstərmək olar.
Kağızın tərkibi, növü, istehsalı, yaranması ilə tanış olduq. Bəs plastik, yoxsa kağız ekologiyaya ən az zərər verir?
Biz bilirik ki, təbiətdə kağız daha sürətli çürüyür və ətraf mühitin qorunması baxımından digərlərinə nisbətən daha əlverişlidir.
İrlandiya Assambleyasının 2011-ci ildə apardığı araşdırmaya görə, bir kağız torba istehsal etmək üçün lazım olan enerji bir plastik torbanın dörd qatına bərabərdir. Neft emalı zavodlarının tullantılarından hazırlanan plastik torbalar üçün az enerji sərf olunur. Lakin kağızın emal olunub, satışa çıxarılması üçün ağaclar kəsilməlidir. Emal prosesinin uzun olması daha çox kimyəvi madddənin istifadə olunmasına səbəb olur.
Eyni zamanda kağızın çəkisi birdəfəlik selofan torbalardan çoxdur. Çəkisinin selofnlara nisbətən çox olması emal olunduqdan sonra daşınmasında da problem yaradır. Kağızı istehsal etmək üçün qırılan meşələrin yerinə mütləq yeni meşələr salınmalıdır.
2006-cı ildə İngiltərənin Ətraf Mühit Agentliyi araşdırması nəticəsində məlum olub ki, birdəfəlik selofan torbaların ətraf mühitə az zərərlidir.
Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim