PDF Oxu

Xəbərlər

  • 585

La Liqa: “Barselona” 3 xalı bir qolla qazanıb

image

Futbol üzrə İspaniya La Liqasında XXXIII tura start verilib. SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında "Valensiya" doğma meydanda "Espanyol"la heç-heçə edib - 1:1.

Digər görüşdə isə çempionatın lideri "Barselona" evdə "Malyorka" üzərində çətin qələbə qazanıb. Kataloniya təmsilçisinin 1:0 hesabı ilə qalib gəldiyi oyunda yeganə qolu 46-cı dəqiqədə Dani Olmo vurub.

Bu nəticədən sonra xallarını 76-ya çatdıran "Barselona" turnir cədvəlinə başçılıq edir. "Malyorka" isə 44 xalla 7-ci pillədə qərarlaşıb.

Digər xəbərlər