Şəmkir rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti iləekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması istiqamətində silsilə ağacəkmə aksiyaları davam etdirilir.
Növbəti ağacəkmə aksiyası çərçivəsində Şəmkir dairəsinin yaxınlığında, rayon Mərkəzi Xəstəxanasının qarşısındakı yolun sağ istiqamətinə 150 ədəd Eldar şamı və sərv ağacı əkilib.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin və YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin iştirak etdiyi aksiyada ağacların əkildiyi ərazi əvvəlcədən hazırlanaraq, suvarma və qulluq üçün uyğun vəziyyətə gətirilib. Eyni zamanda ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, 2024-2025-ci illər ərzində rayon ərazisinə 23 minə yaxın müxtəlif ağac növləri əkilmişdir ki, bu da getdikcə vüsət alan ekoloji vəziyyətin yaxşılaşdırılması işlərinə öz töhfəsini vermişdir.