Mən Ağayev Dilqəm Nəriman oğlu. Kəlbəcər rayon Geşdək kəndinin sakiniyəm. Oğlum Qarabağ döyüşçüsüdür, qazi atasıyam. Üzümü tutub müxalifətə deyirəm "biz bu tarixi özümüz yaşadıq. Nə kitabdan oxumadıq, nə də hansısa mənbədən bizə xəbər çatmadı. Hakimiyyətdə olan müddət hamımız bir-birimizi tanıdıq ki, kim kimdi. İndi də Cənab Ali Baş Komandan gözəl daxili və xarici siyasət yürüdür. Cənab Ali Baş Komandanın ətrafında birləşək ki, torpaqlarımızı işğaldan azad etsin, sərhədlərimiz tanınsın. Ondan sonra yenə nə bilirsiniz edərsiniz. Axı bu dəqiqə sizi qoysaq bacarmıyacaqsınız. 1990-cı illərdəki günlərə salacaqsınız bizi, çöllərə düşəcəyik.
Pak xilqətdi göydən enib, nurdandı qatı İhamın.
Səsi ildırıma dönüb, haqqdı nicatı İlhamın.
Məhəmmədi Əl-Mustafadı Əsl zatı İlhamın.
Asimana işıq saldı, hər salavatı İlhamın.
Qranitdən əridilib, polad kəsməz zərrəsini.
Planetlər qəbul etdi, cəsarətli kəlməsini.
Qadir Allah azaltmasın üstümüzdən nəfəsini.
Haqqa, qurana bağlıdır hər hekayəti İlhamın.
Biz Ali Baş Komandanımızı sevirik. Onun ətrafında birləşmişik, birləşirik. Müxalifət, əl çəkin. Gedin yerinizdə oturun. Qoyun dolanaq görək başımıza nə gəlir.
Ağayev Dilqəm
YAP üzvü, qazi atası