Müxalifət

  • 9 584

REAL-dan AXCP-yə növbəti ittihamlar TƏRS BAXIŞ

image

Natiq Cəfərli: “Qarşı tərəfin aqressiyası, səviyyəsiz, aşağılayıcı sözləri ilə üzbəüz qaldıq”

AXCP-REAL qarşıdurması son vaxtlar daha da kritik həddə doğru inkişaf etməkdədir. Belə ki, təkcə son bir neçə ayda, xüsusilə sonuncu prezident seçkiləri ərəfəsində başlayan qalmaqallar, sosial şəbəkə söz-söhbətləri bu və ya digər şəkildə tərəflərin qarşılıqlı ittihamları ilə nəticəsini tapmpış oldu. Soyuq münasibətlərin çərçivədən çıxmasına əsas səbəblərdən biri kimi, seçki ərəfəsində AXCP sədri Əli Kərimlinin “Milli Şura” sədri Cəmil Həsənli vasitəsilə “şurada” təmsil olunmayan müxalifət təşkilatlarını birgə mitinq keçirmək təklifinə REAL-dan verilən birmənalı rədd cavabı oldu. Əslində, bunun da səbəbi var idi.
Tərəflər daim bir-birlərini hakimiyyətə işləməkdə günahlandırmaqla, necə deyərlər, vəziyyətdən çıxmağa çalışıblar
Xatırladaq ki, sosial şəbəkədə cəbhə sədri Əli Kərimli ilə REAL sədri İlqar Məmmədova virtual səsvermə kampaniyası başladılmışdı və bu kampaniyada İ.Məmmədov Ə.Kərimlini xeyli üstələmişdi. Bunun ardınca, AXCP və REAL qruplarının bir-birlərinə qarşı ən ağır ittihamlara məruz qoymaları onsuz da gərgin olan vəziyyəti daha da uçuruma doğru yuvarlandırdı. Əlbəttə, bütün bunlardan sonra daha çox simasızlıq təsiri bağışlayan Ə.Kərimlinin REAL-ı “Milli Şura”nın mitinqlərinə dəvət etməsi qətiyyən səmimiyət təsiri göstərə bilməzdi.Məsələ həm də ondadır ki, tərəflər daim bir-birlərini hakimiyyətə işləməkdə günahlandırmaqla, necə deyərlər, vəziyyətdən çıxmağa çalışıblar. Halbuki, hakimiyyətin bu kimi qurumlarla iş birilyinə marağı da olmayıb. Sadəcə, hər iki tərəf daha çox müxalifətçi görünmək üçün tərəfdarları arasında bu kimi olmayan məsələləri qabardıblar. Misal üçün, Ə.Kərimli virtual səsvermə zamanı uduzduğunun fətqinə vardıqdan sonra heç bir sübuta və əsasa söykənməyən belə bir dırnaqrarası fərziyyə irəli sürmüşdü ki, guya hakimiyyət İ.Məmmədovun virtual səs yığmasında müəyyən yardımlar göstərib. Ancaq bunun belə olmadığını elə REAL-ın icraçı katibi Natiq Cəfərli arqumentlə rədd etmişdi. SİTAT: “Yəni onlar çox bəsit ritorikadan istifadə ediblər. Bu dəfə də belə iddiaların səslənməsi, açığı, REAL-ın və İ.Məmmədovun nüfuzuna kölgə salmaq məqsədi daşıyırdı”.N.Cəfərli İ.Məmmədovun həbsdə olduğunu əsas gətirərək deyib ki, Ə.Kərimlinin ittihamı absurddur: “Təəssüf ki, yenidən qarşı tərəfin aqressiyası, səviyyəsiz, aşağılayıcı sözləri ilə üzbəüz qaldıq”.
Müxalifətin 11 birlik modeli olub və hamısı dağılıb!
N.Cəfərli onlara qarşı açıq hücuma keçən AXCP-“Milli Şura” cütlüyünün davamlı aqressiyalarını İ.Məmmədovun onları üstələməsi ilə əlaqələndirib və deyib ki, bu amil radikallıq yolu tutan ənənəvi müxalifətin tarixin arxivinə qovuşması ilə nəticələnə bilər: “Aqressiyanın kökündə duran əsas səbəb öz mövqelərini itirmək qorxusudur. Sanki müxalifətin iqtidarı olmaq iddia və həvəsindədirlər. Bu həvəslərinə mane ola biləcək, onlara rəqabət yarada biləcək hər hansı yeni qüvvənin ortaya çıxmasına qısqanc yanaşırlar”.Yer gəlmişkən, hazırda REAL-a qarşı barışmaz düşmən obrazını canlandıran Ə.Kərimli-C.Həsənli cütlüyü hələ 2013-cü ildə İ.Məmmədovun sədri olan təşkilatı öz aralarına dəvət ediblər. N.Cəfərliyə görə, REAL yeganə təşkilat idi ki, 2013-cü ildə “Milli Şura” yaradılarkən 7 dəfə danışıqlar aparıb: “Lakin uzlaşma olmadığı üçün “Milli Şura”ya daxil olmaqdan imtina etdik. Birləşmə üçün hansı kriteriyaların önəmli olduğunu o zamandan açıq bildirmişik. Siyasi partiyaların birləşməsi şəxslər üzərindən ola bilməz. Belə olan zaman bu, dayanıqlı olmur. İndiyə qədər Azərbaycanda müxalifətin 11 birlik modeli olub və hamısı dağılıb. Birləşmə yalnız ideoloji platformada, qırmızı cizgilər , dəyərlər vasitəsilə ola bilər. Əgər o dəyərlər, prinsiplər çərçivəsində hər hansı birliyə meyl edəcəklərsə, qapılarımız hamıya-istənilən siyasi təşkilata açıqdır. Yox əgər siyasi təşkilat məhz mənim liderliyimdə, bir şəxs ətrafında birlik təklif edəcəksə, biz təbii ki, o cür birliklərə qarşıyıq və qapımız da bağlıdır”.Beləliklə, fakt budur ki, AXCP-nin və “Milli Şura”nın REAL-a hücumları bundan sonra da davam etməkdədir və belə hücumların artması daha da intensivləşəcək. Belə bir amilin mövcudluğu isə söz yox ki, düşərgədə növbəti ziddiyyətli məqamların yaşanmasına səbəb olacaq. Hər halda, görünən həm də budur ki, bu kimi məsələlərin həlli riyazi terminlə desək, sonsuzluq tənliyinə bənzəyir və heç bir cavabı yoxdur.

sia.az

Digər xəbərlər