PDF Oxu

Müxalifət

  • 90 559

Tarixə satqın kimi düşənlər... ŞƏRH

image

Azər Badamov: “Arif Hacılının fikirləri erməni dəyirmanına su tökməkdən başqa bir şey deyil”

“Prezident İlham Əliyevin "nəyi, necə və nə vaxt edəcəyimi özüm bilərəm" ifadəsi təkcə ermənilərlə yanaşı, hakimiyyət hərisliyi ilə yaşayan Arif Hacılı və Əli Kərimlinin kürkünə birə salıb”. Bu sözləri millət vəkili Azər Badamov deyərək onu da bildirib ki, Müsavat başqanı Arif Hacılının açıqladığı fikirlər erməni dəyirmanına su tökməkdən və əldə edilən qələbəyə kölgə salmaqdan başqa bir şey deyil: “Özlərini müxalif adlandıran bu şəxslər eyni çağırışları torpaqlarımızın işğal altında olduğu dövürdə də edirdi. Hətta müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun qələbəsini də öz adlarına yazmaqlarına çalışırlar. İndi isə yeni mövzu ortaya çıxıb. Arif Hacılı öz facebook statusunda 7 aydır ki, ölkənin 700 min vətəndaşı mina bəhanəsi ilə öz ata-baba yurduna buraxılmadığını qeyd edir. Arif Hacılıya demək istəyirəm ki, sizdən fərqli olaraq dövlətimiz üçün vətəndaşların təhlükəsizliyi hər şeydən üstündür. Bütün qaçqınlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. Özü də yaşayış üçün çox yüksək səviyyəli həyat-şəraiti quraraq qaytıralacaqdır. Dövlət başçımızın tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulması və bərpası üçün hazırladıqları baş planları köçkün və qaçqınlarımıza sevinc gətirməsi, görünür, sizin ürəyinizcə deyil. Zəngəzur dəhlizi də açılacaq, işğaldan azad olunmuş ərazilərimizə qaçqınlarımız da qayıdacaq, ölkəmizin Ermənistanla sərhədimiz də möhkəmlənəcək və nəyi necə, nə vaxt etmək lazımdırsa, Prezident İlham Əliyev çox yaxşı bilir" - deyə deputat əlavə edib.

Azərbaycanın uğurlarını həzm edə bilməyən sosial şəbəkə dələduzları...

Bəli, nə demək istəyir? İstəkləri bəllidir - Azərbaycanın uğurlarını həzm edə bilməyən AXCP-Müsavat başqanları qələbəmizin ilk günündən ermənixislətli olduqlarını açıq-aydın göstərdilər, özü də sosial şəbəkələrdə... Doğrusu, bu satqın, erməni dəyirmanına su tökənlərin özlərində olmayanlardan danışdıqlarını görəndə hər zaman məni düşündürən bir sualın cavabını almaq istəmişəm: "Özlərini ictimai rəyə müxalifətin dədəsi, babası kimi təqdim edənlərin "vicdandan", "insani dəyərdən", daha nə bilim nədən danışmaqla görəsən, nəyi düşünürlər? Əgər belədirsə, bunların düşüncələri 0%-ə bərabərdir, yəni daha doğrusu düşüncəsizdirlər, başqa bir adı yoxdur! Çünki namussuzun, şərəfsizin, vicdansızın, şəxsi maraqlarına görə hər şeyi satanın sadalananlar barədə danışması lap dinsizin inamsızın imandan danışması kimi. Xüsusilə də, son günlər ölkənin daxili siyasətində önəmli hadisələr, xüsusilə də, 44 günlük vətən müharibəsinin Qələbə zəfəri ilə bitməsi Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın yeni bir tarixinin yazılması, nəhayət, Qarabağı bizə qaytaran qəhrəman əsgər və zabitlərimiz haqq mübarizəmizdə igidlik göstərməklə ermənini diz çökdürməsi dünyada Azərbaycan xalqının qəhrəman, qorxmaz olmasını bütün dünya gördü və görür.

Ancaq Azərbaycanın uğurlarını həzm edə bilməyənlər yenə də sosial şəbəkələrdə qaşınmaya düşən Arif Hacılı, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Vidadi İskəndərli və bu kimi erməni dəyirmanına su tökənlər hara əl atırlarsa… Ancaq bu satqınlar və bədbəxtlər anlamırlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz. Çünki bu Qələbə ölkəmizdə mövcud xalq-hakimiyyət birliyinin qələbəsidir, xalq-hakimiyyət birliyini güclü edən həlledici amilldir, eyni zamanda bu monolitliyin xarici bədxahlarımızın və daxili «sapı özümüzdən olan baltalar»ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir.

Ancaq həyasızcasına sosial şəbəkə dələduzları, dövlətin, millətin maraqlarını heçə sayan anti-milli ünsürlər Azərbaycan əsgəri adından danışır. 2021-ci ilə böyük qələbələrlə, zəfərlərlə qədəm qoymağımız məkrli niyyətli, xarici beynəlxalq təşkilatların nökərləri – Azərbaycanın uğurlarını, Vətən Müharibəsi zəfərini həzm edə bilməyənlər Paşinyan səviyyəsində irəli gedə bilməyənlər, erməni dəyirmanına su tökməklə abırsızlıqlarını nümayiş etdirir, xalqın nifrətini bir daha artırırlar. Bu gün Arif Hacılı və Əli Kərimli kimi satqınlar erməninin hər bir təbliğatını hakimiyyətə qarşı çevirməklə qələbəmizə kölgə salmağa çalışırlar. Bu, o adamlardır ki, vaxtilə onlar şanlı ordumuzun qələbəsinə də şübhə ilə yanaşırdılar. Belə ki, Arif Hacılı feysbuk səhifəsində yazırdı ki, "7 aydır ki, ölkənin 700 min vətəndaşı mina bəhanəsi ilə öz ata-baba yurdlarına buraxılmır".

Ancaq Arif Hacılı, Əli Kərimli və digər bu məxluqlara demək istirdik ki, Zəngəzur dəhlizi də açılacaq, işğaldan azad olunmuş ərazilərə insanlarımız da qayıdacaq. Nəyi, nə zaman etməyi ölkə başçımız hamıdan yaxşı bilir. Tarix unudulmur, Arif Hacılı... Məkrli niyyətlilər təcavüzkar ölkənin - özləri kimi başı boş, savadsız Ermənistanın baş naziri Nikol Paşinyanı və bu ölkənin olmayan «iqtisadiyyatını» sitat gətirənlərə nə ad vermək olar? Vicdansızlıq və nankorluq! Bir də, taylı-tayın tapar. Bu satqınların mənəvi deqrodasiyaya uğradıqlarıyla yanaşı, etnososioloji varlıq olaraq cəmiyyətə, millətə, xalqa yararsız olan bu abırsız satqınlar qalib xalqı, qalib əsgəri, qalib dövləti öz bazar və çayxana düşüncələri ilə ört-basdır etməklə birbaşa olmasa da, dolayı yollarla erməni aşnalarına çatdıran bu erməni yalaqları elə belə düşüncəli olmalıdırlar.

Arif Hacılının antimilli mövqeyi onun hansı “amal”a xidmət göstərdiyini bir daha üzə çıxarır...

Müsavat Partiyasının başqanı Arif Hacılının dediyi digər bir faktı da xatırlatmaq istərdik. 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər ikinci Qarabağ müharibəsində məğlub olduqdan sonra da öz mənfur xislətlərindən əl çəkmirlər. Ötən dövr ərzində işğal altında saxladıqları ərazilərin hər yerinə, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirən mənfur qonşularımız bu gün həmin ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edirlər. Ermənilərin bu hərbi cinayəti nəticəsində isə günahsız insanlar həyatlarını itirir, erməni terrorunun qurbanlarına çevrilirlər.

Yeri gəlmişkən, iyunun 4-də işğaldan azad edilmiş Kəlbəcər rayonunda iki jurnalistin - Sirac Abışovun və Məhərrəm İbrahimovun, o cümlədən Kəlbəcər rayon Susuzluq kənd inzibati ərazi idarəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin tank əleyhinə minaya düşərək həlak olmalarının məsuliyyəti də məhz cinayətkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir .Lakin təəssüflər olsun ki, hətta belə bir zamanda da radikal müxalifət yenidən öz xislətini ortaya qoyur. Belə ki, Müsavat Partiyasının sədri Arif Hacılı sosial şəbəkələrdəki paylaşımında baş verənlərə görə Ermənistanı qınamaqdansa, Azərbaycanı hədəfə alıb. Beləliklə, hələ müharibə dövründə özünü və rəhbərlik etdiyi təşkilatı milli həmrəylikdən kənarda saxlayan, xalqla, dövlətlə, ordu ilə bir yerdə olmağı bacarmayan Arif Hacılının bu “mövqeyi” onun hansı “amala” xidmət göstərdiyini bir daha üzə çıxarır. Adını “siyasi partiya rəhbəri” qoymuş bu şəxs ermənilərin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında basdırdığı minalarla bağlı düşmən ölkəyə qarşı bir kəlmə belə etiraz etməyə özündə cürət tapa bilməyib. Bu gün baş verən mina faciələrinə görə məsuliyyətin Ermənistanın hərbi-syasi rəhbərliyinin üzərinə düşdüyünü hər kəs, o cümlədən, Arif Hacılı da yaxşı bilir. Bununla belə, məlum paylaşımında Ermənistanı deyil, Azərbaycan dövlətini hədəfə alması bu adamın “nəyə qadir olduğunu” nümayiş etdirir. Bu gün baş verən mina cinayətlərinə görə məsuliyyət daşıyan Ermənistandan diqqəti yayındırmaq üçün əldən-ayaqdan gedən Arif Hacılının gülünc iddiaları həm də yenidən bir atalar məsəlini yada salır - “utanmasan oynamağa nə var ki”...

Və vaxtilə Arif Hacılının və onun təmsil olunduğu səriştəsiz və bacarıqsız hakimiyyət komandasının günahı, xəyanəti ucbatından 1993-cü ilin aprelində düşmənə təhvil verilmiş Kəlbəcərdə partlayan hər bir minaya görə ermənilər qədər elə Arif Hacılı və düşərgədaşları da günahkardır. Heç olmasa “ayıblarına kor olmağı” bacarsınlar...Bir də erməni ayaqqabısının silinməsinə lazım olmayan «tryapkalar» elə zənn edirlər ki, xalq onların əməllərini unudublar? Qətiyyən! Tarix unudulmur, hər kəs etdiyi əməllərin cəzasını mütləq yaxın zamanlarda çəkəcək, özü də xalqın qarşısında!

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər