PDF Oxu

Müxalifət

  • 74 073

Məhəmməd Mirzəli Əli Kərimli ilə necə həmxasiyyət olub? DƏLƏDUZLUQ+FAKT

image

Milli xainlər indi də dələduzluq yolu ilə pul qazanırlar

Bir müddət öncə Tural Sadıqlı ilə qrant savaşına çıxmış Məhəmməd Mirzəlinin adı yenidən pul qalmaqalında hallanır. SİA xəbər verir ki, bu dəfə onun “mitinqə adam yığmaq” adı altındakı dələduzluq faktı ortaya çıxıb. Məlum olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyəti “Milli Şura”nın keçirmək istədiyi növbəti mitinqinə icazə verməyib. Rəsmi məlumatda bildirilir ki, ötən mitinqdən bu günə qədər hüquq mühafizə orqanlarına və Bakı Şəhər İcra Hakimiyyətinə 200-dən artıq şikayət daxil olub. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası qanunun 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək imkanında olmadıqları qənaəti yarandığından mitinqlə əlaqədar müraciət məqsədə uyğun hesab edilməyib.
Məhəmməd Əsmətə 100 avronu necə “atıb”
Lakin bəlli olub ki, bir neçə gündür M.Mirzəli sosial şəbəkələr vasitəsi ilə insanlara müraciət edərək, artıq icazə verilməmiş “23 fevral mitinqinə” guya rayonlardan gəlmək istəyən imkansız adamlara pul yığılması üçün təbliğat aparır. Artıq onun dələduzluq toruna düşənlər də var. Əldə etdiyimiz məlumata görə, Almaniyada yaşayan Əsmət Ağayeva adlı şəxs, Məhəmmədə zəng edərək 100 avro göndərmək istədiyini bildirib və ondan maddi vəsaiti ödəyəcəyi ünvanı istəyib. M.Mirzəli də öz bank hesabını Əsmətə göndərib. Lakin söz yox ki, o pulu cibinə qoyub, yəni Məhəmməd Əsmətə “atıb”...
İnsanları şirin vədləri ilə torlarına salırlar
Hazırda Ə.Ağayeva göndərdiyi 100 avronu Azərbaycanda kimə göndərilməsi barədə hesabat tələb edir. Mirzəli isə onu inandırmağa çalışır ki, pulu göndərdiyi adı mitinqdən sonra açıqlayacaq və s. Lakin qeyd elədiyimiz kimi, mitinq olmayacaq. Artıq belə nəticəyə gəlmək olar ki, M.Mirzəli dələduzluqla məşğuldur və insanları aldatmaqla şəxsi maddi maraqlarını təmin edir. Bu fakt isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, nəinki Avropadakı milli xainlər, eləcə də on ları buradan idarə edən AXCP sədri Əli Kərimli aksiyalar adı altında insanları aldadır, onları şirin vədləri ilə torlarına salmağa cəhdlər göstərirlər.O da əbəs deyil ki, hazırkı vaxta qədər Ə.Kərimli dəfələrlə ona pul ödəyən müxtəlif dairələri aldadıb, dələduzuq edərək, vəsaitləri mənimsəyib. Bu barədə isə, zaman-zaman müxtəlif mənbələrdən faktlara əsaslanan informasiyalar verilib. Nə edəsən, atalar demişkən, atı-atı yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olur. İndi, M.Mirzəli ilə AXCP sədri Ə.Kərimlinin xasiyyəti, daha dəqiq desək, onların dələduzluq şakərləri də üst-üstə düşür.

sia.az

Digər xəbərlər