PDF Oxu

Müxalifət

  • 88 694

Serjikin mətbuat katibləri və vəkilləri TƏRS BAXIŞ+ÖZƏL

image

Yaxud, onların dartılacaq qulaqları...

Ermənistanın keçmiş və devrilmiş cəllad prezidenti Serjik Sarqsyanın cinayətkar əməlləri, xainliyi və qorxaqlığı, xüsusilə. simasız biri olması barədə gen-bol danışmaq olar. Faktlar, dəlillər, sübutlar kifayət qədərdir. Lakin onun barəsində ən dəqiq rəyi elə Prezident İlham Əliyev verib - xüsusilə, Azərbaycanın şanlı ordusu Qarabağı işğaldan azad edərkən onun quyruğunu qısıb-qulaqlarını sallayaraq Xankəndidən qaçması faktı əsasında.

Lakin nədənsə, qulağısallaq və quyruğuqısıq Serjiklə yanaşı, onun kimi digər revanşçı terrorçuların da Ali Baş Komandanımız tərəfindən xəbərdarlıq atəşinə məruz qalmaları bəzi siyasi şivənçilərin xoşlarına getməyib və onlar nə qədər qəribə görünsə də, görünməsə də Serjikə qahmar çıxmağa başlayıblar.Yəni vəkillik, mətbuat katibi xidmətləri göstərmələri ilə.

Bəs kimlərdir onlar?

Əslində, hər biri tanınan şivənçi ünsürlərdirlər – uzun illər xarici ölkələrdə düşmən çörəyi ilə qidalanıb-Azərbaycan hakimiyyətinə, dövlətinə qarşı, sözün əsl mənasında, xoruzlananlar! Başda AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, “Milli Şura”nın sədri Cəmil Həsənli, Qənimət Zahid, Sevinc Osmanqızı, eləcə də illərdir erməni dəyirmanına su tökən “Meydan tv”, “Hamam Times” kimi bir əllərində aftafa, digər əllərində də dəsmal tutub, ermənilərin beşinci nöqtələrini qurudanlar və əlbəttə ki, onların balaca aftafadaşıyan trolları!

Erməni aşnaları qabaqlarına sür-sümük tullayacaqlar, onlar da bəh-bəhlə, ağızları heliklənə-heliklənə o sümükləri gəmirəcəklər

Hər zaman belə olub – Azərbaycan dövləti dünya miqyasında hər hansı bir uğura imza atarkən, beynəlxalq miqyaslı qələbələr qazanarkən düşmən mediasından əvvəl onlar həmin uğurlara, qələbələrə kölgə salmağa, qaralamağa çalışıblar. Nədir-nədir, erməni aşnaları qabaqlarına sür-sümük tullayacaqlar, onlar da bəh-bəhlə, ağızları heliklənə-heliklənə o sümükləri gəmirəcəklər.

Yəni belə demək olar ki, Prezidentin ortaya qoyduğu danılmaz faktları qarşısında yenidən ulamağa başlayan qulağısallaq və quyruğuqısıq Serjikin hürmə səslərini Ermənistan mediasından əvvəl AXCP-çilər, müsavatçılar, “Milli Şura”çılar, eyni zamanda “Meydan tv”, HamamTimes və balaca aftafadaşıyan trolları dərhal, eləcə də böyük həvəslə tirajladılar. Nə deyəsən, bəlkə də Serjik onların mənəvi ataları imiş, sadəcə, bizim xəbərimiz yoxuymuş...

Hətta onların içərisində elə cəbhəçilər və müsavatçılar var idi ki, Serjikin aldığı şapalaqdan əvvəl o zərbəni hiss edib, daha əvvəl öz təbirlərincə “cavab statusları” cızma-qaraladılar. Mənzərəni belə də təsəvvür etmək olar: bir sürü ac köpəklərin bəhsə-bəhsə girməklə hürmə yarışına çıxmaları...

Tez bir zamanda qulaqlarını uzatsınlar bəri ki, biz də o qulaqları dartaq, savabdır...

Hərgah həmin ikiayaqlı məxluqlar mənəvi ataları rolunda çıxış edən Serjikin qulaqlarının sallanmasına, quyruğunun isə qısılmasına bu qədər məyus olublarsa, onda çox yəqin ki, onlara zaman-zaman və tez-tez bənzər dərsləri vermək yerinə düşərdi.

Təkcə bir faktla onların barəsində ən aşağılayıcı ifadələri söyləmək olar. Onlar Azərbaycan xalqının Liderinin Xocalı soyqırımını törətmiş bir cəlladı hədəfə almasından narahatlıq keçirirlərsə, o cəllada qahmar çıxırlarsa, ona vəkillik, mətbuat katibliyi kimi xidmətlər göstərirlərsə, demək ki, daha ağır ittihamlara, həqarətlərə layiqdirlər, bəlkə də qulağıkəsik, quyruğuqısıq Serjikdən də artıq. Onda gecikməsinlər, erməni mənəvi atalarından geri qalmayaraq tez bir zamanda qulaqlarını uzatsınlar bəri ki, biz də o qulaqları dartaq, belə qulaqları dartıb uzatmaq savabdır...

Rövşən RƏSULOV

Digər xəbərlər