Siyasət

  • 2 633

Qalib liderin ədalətli partiyası - ŞƏRH

image

30 il əvvəl- 1992-ci il noyabrın 21-də gənc Respublikamızda çox əlamətdar hadisə baş verdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu doğrudan da tarixi hadisə idi. Həmin gündən başlayaraq gənc dövlətimiz üçün dönüş nöqtəsi oldu. Çünki müstəqilliyimizin ilk aylar, ilk illəri hamımızın xatirəsində keşməkeşli və faciəvi bir dövr kimi qalmışdır. 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün hakimiyyəti özünün bədnam idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini, qürurlu millət kimi yaşamağa inamını öldürmüşdü. Hakimiyyətdə bu boşluğu görən erməni təcavüzkarlarının işğalçılıq siyasətini daha da güclənmiş, respublikanın ayrı-ayrı bölgələrində qanunsuz silahlı birləşmələr cövlan etməyə başlamışdı. Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi. Məhz belə bir vəziyyətdə xalqı təlaşdan çıxarmaga,onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin —partiyanın yaranması zamanın tələbi idi.Ölkədə geden xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlikdemək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının müraciəti ”Səs”qəzetində dərc olundu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümumilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfrasını orada keçirməyə nail oldular. Təsis konfransının Naxçıvanda keçirilməsi onunla əlaqədar idi ki, o vaxtkı iqtidar bu tədbirin Bakıda keçirilməsinə imkan yaratmadı. Bu gün özünü demokrat adlandıran, ancaq demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar imkan vermədi ki, adi demokratik proses paytaxtda həll olunsun.Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmış lakin daha sonra iqtidar partiyasına çevrilmişdir.Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəlmişdir. Təsadüfü deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Yeni Azərbaycan Partiyası tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, onun lideri partiya yarandıqdan cəmi 6 ay keçdikdən sonra ölkənin prezidenti seçildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda YAP-ın yaranmasında ifadə olunan tarixi zərurətə və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi.Yarandığı gündən etibarən partiya çox böyük şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyasının daxili və xarici əlaqələri güclənmiş Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilmişdir. Partiya cəmiyyətin bütün təbəqələrini özündə birləşdirir. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyin qorunması, demokratik siyasi münasibətlər sisteminin bərqərar edilməsi, bazar iqtisadiyyatı modelinin yaradılması, tarixi ənənələrə və müasir dünyanın təcrübəsinə əsaslanan milli dövlətin qurulması kimi bir sıra mühüm vəzifələri uğurla yerinə yetirərək ölkənin siyasi həyatındakı yerini müəyyən etmişdir.Günü-gündən partiyamızın nüfuzu artmış ölkəmizin gündəmində mühüm rol oynamışdır. Yeni Azərbaycan Partiyası 05 mart 2021-ci il tarixində VII qurultay keçirilmişdir. Keçirilən qurultayda Yeni Azərbaycan Partiyası bir çox mühüm qərarlar qəbul etmişdir. Qəbul edilən qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmiş, həmçinin partiyanın yeni Proqramının hazırlanması və Gənclər Birliyinin formalaşdırılması tapşırılmışdı.Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.

Məmləkət Qaraçobanova
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər