PDF Oxu

Siyasət

  • 2 095

"Azərbaycan bütün bunlara qarşı uğurla mübarizə apardı" - MÜNASİBƏT BİLDİRİLDİ

image

“Azərbaycan gücləndikcə, öz milli-maraqlarını təmin etdikcə ölkəmizə qarşı olan anti-Azərbaycan mərkəzləri də öz fəaliyyətlərini genişləndirməyə cəhd edirlər. Əlbəttə ki, buna nail ola bilmirlər. Çünki hər şeydən öncə milli gücün mənbəyi olan ictimai-siyasi həmrəylik buna imkan vermədi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.Deputat bildirib ki, 2023-cü ildə anti-terror əməliyyatı zamanı 5-ci kalon nümayəndələri, “novarçılar”, feministlər və digər bənzər qeyri-ənənəvi təşkilatlanmalar müxtəlif tədbirlər həyata keçirməyə cəhd etdilər və Azərbaycana qarşı çoxşaxəli hücumlar təşkil etməyə başladılar: “Belə ki, sosial şəbəkələrdə, informasiya mənbələrində bu prosesi davam etdirdilər. Amma əlbəttə ki, Azərbaycan bütün bunlara qarşı uğurla mübarizə apardı, öz maraqlarını qorumağı bacardı. Amma bu hücumlar səngimir. Çünki bir tərəfdə 5-ci kalonun nümayəndələri, digər tərəfdən radikal müxalifət qruplaşmaları xaricdən anti-Azərbaycan mərkəzlərindən aldıqları yönləndirmələr istiqamətində Azərbaycana hücumlar təşkil edirlər. Amma mənə elə gəlir ki, biz bu prosesin sonuna yaxınlaşırıq. Çünki Azərbaycanın müvafiq dövlət qurumları, hüqu q-mühafizə orqanları bu istiqamətdə konkret addımlar atmağa başlayıblar”.

Digər xəbərlər