Siyasət

  • 924

"Yeni qanun demokratik cəmiyyət quruculuğuna adekvatdır" - DEPUTAT ŞƏRH ETDİ

image

“Milli Məclisdə parlamentdə təmsil olunan və təmsil olunmayan əksər siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması zamanın tələbindən, siyasi münasibətlərdə yaranan demokratik şəraitdən, 44 günlük mühaibədə əldə olunan Böyük Qələbədən sonra cəmiyyət institutlarının hadisələrə çevik və obyektiv reaksiyasından irəli gəlir. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin əhəmiyyəti və zəruriliyi ilə bağlı partiyaların əksəriyyəti ortaq mövqedən çıxış edirlər, hər kəs bu qanunun qəbulunu ölkəmizdə yaradılan demokratik şəraitlə əlaqələndirirlər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.Deputat bildirib ki, ölkənin siyasi həyatında ən önəmli hadisələrdən biri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması və aparılan müzakirələrdir: “Qanun layihəsi əvvəlcə cəmiyyət institutları tərəfindən müzakirə edildi və bunun üçün dinləmələr keçirildi. Təbii ki, demokratik şərtlərə uyğun qanun layihəsinin hazırlanması ictimai müzakirəsiz yarımçıq sayılardı. Əslində, Qalib Azərbaycanda hazırkı siyasi yanaşmalar və şərtlər də dəyişilib. Əgər ötən əsrin 90-cı illərində siyasi partiyalar, hərəkatlar Qarabağ münaqişəsinə yanaşması ilə fəaliyyətini qururdularsa, cəmiyyət tərəfindən dəstəklənirdilərsə, bu gün başqa yanaşmalar - iqtisadi, sosial, elmi və beynəlxalq siyasi yanaşmalar tələb olunur. Təqdim olunan yeni qanun partiyaların fəaliyyətinin təkmilləşməsi, funksiya və fəaliyyət dairələrinin genişlənməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Bu qanunla Azərbaycanın siyasi institutları öz inkişafının tarixi bir mərhələsinə yekun vurub, yeni siyasi reallıqlara və dəyişikliyə qədəm qoyacaqlar. Yeni qanun həm də cənab Prezidentin apardığı siyasi islahatların məntiqinə əsaslanır. Bu qanun layihəsi çoxsaylı fikrin süzgəcindən keçərək müzakirəyə çıxarılıb, gələcək hədəfləri də bəllidir. “Siyasi partiyalar haqqında” qanun layihəsi ictimaiyyət tərəfindən çox maraqla qarşılanır. Müzakirələrdə iştirak edənlərdən çoxlu təklif və rəylərin daxil olması da deyilənlərə sübutdur”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər