Siyasət

  • 1 362

"AŞPA-nın qəbul etdiyi qərarların heç bir əhəmiyyəti yoxdur" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

image

"Azərbaycan 44 günlük müharibə nəticəsində Ermənistan və erməniləri dəstəkləyən dövlətlərin gözləmədiyi bir halda böyük bir qüvvə üzərində qələbə çaldı. Bizim zəfərimiz nə Ermənistanın qonşusu olan İran, nə onu bu və ya digər formada pərdəarxası dəstəkləyən Rusiyanın müəyyən qüvvələri, nə Fransa, nə də digər dövlətləri heç cür qane etmir. Onlar çalışır ki, Azərbaycanı siyasi cəhətdən özlərinə tabe etsinlər. Ona görə də 10 noyabr bəyannaməsinin şərtlərinə əməl olunmasını həyata keçirmək istəmirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, əvvəla burada böyük bir səhv Rusiya tərəfindən həyata keçirildi: "Rusiyanın sülhməramlı qüvvələri bəyannamənin 4, 6 və 9-cu maddələrini icra etmirlər. Yəni, yarımçıq icra edirlər. Hələ ki, Qarabağda erməni silahlı qüvvələri qalıb və onları çıxarmaq məsələsi həll olunmayıb.İkincisi, bu müddət ərzində 2021-ci ildə Ermənistanda hazırlanmış minaların Azərbaycan ərazisində tapılması ona dəlalət edir ki, müharibədən sonra da Ermənistan Rusiya sülhməramlılarının nəzarəti altında olmasına baxmayaraq Azərbaycan ərazisini minalayırlar.Qaldı ki, ümumiyyətlə Azərbaycan ərazisində minaların olması məsələsinə, apardığımız tədqiqatlar göstərir ki, Azərbaycan ərazisində əsasən piyada və tank əleyhinə minalardan istifadə olunur. Mina təmizləmə prosesində ANAMA-nın böyük xidməti var. Həmçinin, minatəmizləmə üçün cənab Prezidentin həyata keçirdiyi taktika da çox uğurludur. Hüquq-mühafizə orqanları Azərbaycan insanlarına həmin ərazilərə keçməyə imkan vermir. Bu addımlar atılmasa idi Azərbaycan müharibədəki qədər şəhid vermiş olardı.Ermənistan özünü biyabır edir. Üçtərəfli sazişdə Azərbaycan açıq şəkildə qərb rayonlarını Naxçıvana birləşdirməyi yazıb. Bu bədbəxtlər hələ də başa düşməyiblər ki, Azərbaycan Prezidenti o qədər peşəkar siyasətçidir ki, orada o sözü yazmamaq o demək deyil ki, bu olmayacaq.AŞPA-nın qəbul etdiyi qərarların heç bir əhəmiyyəti yoxdur. Çünki bu qərarlar tövsiyyə xarakteri daşıyır. İkincisi, bu parlament hazırda Fransanın tam təsiri altındadır. Üçüncüsü isə Fransa Emmanuel Makron özü erməni kökənlidir və başına yığdıqları da ermənilərdir. Fransa həmişə tərəf tutub və bu gün də edir.

Ayşən Vəli

Digər xəbərlər