Siyasət

  • 1 659

"Azərbaycan erməni xülyalarını alt-üst etmək üçün hər cür gücə malikdir" - DEPUTAT ŞƏRH ETDİ

image

"2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra hamı elə düşünürdü ki, tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Əslində, imzalanmalı idi. Hətta Azərbaycan sülh müqaviləsi üçün lazım olan 5 şərti ədəb-ərkanla Ermənistana ötürdü. Əvvəlcə Ermənistan da bu şərtlərlə bağlı yeni bir şey demədi. Amma sonradan ermənilərin xislətinə uyğun hadisə baş verdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.Onun sözlərinə görə, ermənilər böhtan atmaqla, Azərbaycanın haqq və hüquqlarını tanımamaqla, əslində, acınacaqlı bir mənzərə yaratdılar: "O zaman insanların böyük əksəriyyəti başa düşdü ki, ermənilər hətta imzaladığı sənəddən belə imtina edirlər. Düşmən amansız, qəddar və namərddir. Onun heç bir sözünə inanmaq olmaz".Deputat sözlərinə davam edərək bildirib ki, bugünkü gündə Ermənistan daha çox Avropaya meyil edir: "Yalan məlumat yayırlar ki, guya bu iki dövlət arasında sülh müqaviləsi imzalanmamasının səbəbi Azərbaycanın Ermənistan torpaqlarını işğal etməsidir. Buradan belə bir sual ortaya çıxır ki, Ermənistan dövləti nə zaman bu torpaqlarda qurulub ki, onun tarixi torpaqları da olub? Ora elə Azərbaycan torpağıdır. Amma Azərbaycan Ermənistana qarşı münasibətdə heç bir təcavüzkarlıq nümayiş etdirməyib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. İndi də Azərbaycanın tarixi torpağı olan Qarabağda nə qədər separatçı qüvvələr fəaliyyət göstərir. Ermənistan onu müdafiə edən dövlətlərin ssenarisiylə oyun oynayır. Nə edir-etsin. Azərbaycan nə Ermənistana, nə də onun havadarlarına inanır. Bizim yolumuz haqq-ədalət yoludur. Bu gün Azərbaycan erməni xülyalarını alt-üst etmək üçün hər cür gücə malikdir".

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər