Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.X.Rafailovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Anatoliy Xaimoviç Rafailov “Şöhrət” ordeni ilə təltif edilsin.