PDF Oxu

Siyasət

  • 11 833

Dmitri Babiç: Siyasi yolla mümkün olmadığından Azərbaycan ona məxsus olan torpaqları hərbi yolla geri qaytardı - MÜSAHİBƏ

image

Rusiyalı politoloq, InoSMI portalının analitiki Dmitri Babiç “Caliber” analitik mərkəzinə müsahibəsində Cənubi Qafqaz regionunda gedən proseslər haqda maraqlı fikirər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sizcə, Cənubi Qafqazda geosiyasi rəqabətdən hansı nəticələr gözləmək lazımdır?

- 2020-ci il Ermənistan-Azərbaycan müharibəsi başa çatdıqdan sonra məndə belə təəssürat yarandı ki, sülhün açarı Rusiyanın vasitəçiliyi ilə Qarabağın Azərbaycana qaytarılmasındadır. Təəssüf ki, 2022-ci ilin payızında baş verən zorakılığın artması, eləcə də ondan sonra baş verən faciəvi hadisələr məndəki bu ümidi xeyli azaltmışdı. Amma Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son çıxışları, deyəsən, bizi konstruktiv yola qaytarır. Məncə, Lavrovun “Rossiya Seqodnya” agentliyinin baş direktoru Dmitri Kiselevlə bu yaxınlarda verdiyi müsahibə xüsusilə vacibdir.

Məsələ burasındadır ki, Lavrov bu müsahibəsində ilk dəfə olaraq Qarabağ münaqişəsinin tarixi və səbəbləri ilə bağlı Rusiyanın mövqeyini açıq və aydın şəkildə ortaya qoyub. Rusiya xarici işlər naziri belə deyb: “Qarabağ müharibəsinin tarixi onilliklərə gedib çıxır. Ermənistan uzun illər Qarabağ ətrafındakı 7 rayonu da işğal edib. Rusiya bir çox variant təklif etdi. Hətta əvvəlki Ermənistan rəhbərliyi də onları çox müsbət qarşılamırdı, əraziləri əlində saxlamaq istəyirdi. Məsələləri siyasi yolla həll etməkdən ümidsiz qalan Azərbaycan ona məxsus olan torpaqları geri qaytardı”.

Fikrimcə, nazir hadisələri aydın və birmənalı şəkildə qeyd etdi. Və buradan nəticə çıxarmaq lazımdır - həm Rusiya rəsmiləri, həm də digər ölkələrin siyasətçiləri üçün. Ermənistanın işğalı ilə bağlı ədalətli nizamlanmanın qarantının Rusiya olduğu göz qabağındadır.

- Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəməsi və bu məqsədlə Ermənistan rəhbərliyindən istifadə etməsi ilə bağlı fikirlərlə razısınızmı?

- Əlbəttə, razıyam. Qərbin Cənubi Qafqazda, hətta Rusiyanın yaddaşını belə məhv etmək istəyi heç kimə sirr deyil. Bu, hələ 1980-ci illərdə açıq müzakirə olunurdu, sonra mən ABŞ, Aİ, Kanadanın bir çox nəşrlərində yüzlərlə dəfə bu haqda məqalələr görmüşəm... Qərb siyasətçilərinin və ekspertlərinin əksəriyyəti Rusiyaya qarşı bu nifrətini izah etmək mümkün deyil. Aşağılıq kompleksinin, Rusiyaya, Çinə, Türkiyəyə və onların liderlərinə nifrət edən rəsmi ultra-liberal ideologiyaya rəğbət bəsləmək istəyinin qarışığı var... Rusiya, Çin və Türkiyənin bu demonizasiyasının psixoloji mexanizmləri haqqında mübahisə etmək olar, lakin Dostoyevski bu hisslər kompleksini dəqiq təyin edib- şər dünyası.

Təəssüf ki, çox vaxt Cənubi Qafqazın keçmişindən nəhəng bir tarixi dövrü silmək ideyası bölgənin bəzi sakinləri tərəfindən qəbul edilir. Ermənilərdə də belə olur. Rusiyaya və öz torpaqlarının “rus keçmişinə” belə nifrətin motivləri nədir? Bəzən maddi maraq da olur (axı, Qərb bu mövzuda yazılara, “araşdırmalara” pul verir). Bəzən hətta bu və ya digər axmaq “politoloq”a yalnız ölü görünən şiri təpikləmək fürsəti olur.

Qərbin bu təhlükəli siyasətində indiki Ermənistan rəhbərliyinin rolu mühümdür. Və bu mənim fikrim deyil. Rusiya XİN-in rəsmi bəyanatını sitat gətirəcəyəm. Moskva qeyd edir ki, “İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının istiqaməti üzrə işi məntiqi yekunlaşdırmağa qoymadan Aİ-nin xeyrinə seçim etməyə üstünlük verib”. Rusiya diplomatik missiyası əlavə edib ki, “erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olarsa, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”.

“Avropa İttifaqının Ermənistanda nəyin bahasına olursa-olsun mövqe tutmaq cəhdləri, Rusiyanın vasitəçilik səylərinə təzyiq göstərmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmaq istəklərində köklü maraqlarına zərbə vura bilər”,- Rusiya diplomatiyası qeyd edib. Fikrimcə, Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqazda Rusiyaya və xalqların dostluğuna kimin xəyanət etdiyi barədə heç bir şübhə yeri qoymayıb.

- Martın 1-də Xocalı şəhərində Rusiya Federasiyasının Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş sülhməramlı kontingentinin Qərargahında Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan ermənilərin nümayəndələri ilə görüşüb. Sizcə, bu cür əlaqələr nə dərəcədə effektivdir?

- Milli Məclisin deputatının- Ramin Məmmədovun və ya hər hansı digər deputatın, yaxud hər hansı azərbaycanlı məmurun Qarabağda yaşayan ermənilərin nümayəndələri ilə hər hansı görüş keçirməsi düzgün addımdır. Ermənilər onilliklər boyu Azərbaycan SSR-də yaşayıblar- məktəb albomlarına və ya ən azı o illərin rəsmi Sovet qəzetlərinə baxın. Nəzərinizə çatdırım ki, Heydər Əliyev də qeyd edirdi: 1987-ci ilə qədər Qarabağ nə iqtisadi göstəricilərinə görə, nə də millətlərarası hadisələrin sayına görə Azərbaycanın digər bölgələrindən fərqlənmirdi. Olduqca orta, sakit bir ərazi idi. Allah ona bir daha belə olmağı nəsib etsin.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər