Azərbaycan xalqı yüksək mədəniyyəti və qonaqpərvərliyi ilə tanınır. Azərbaycanlılar dünyanın o xalqlarındandır ki, hər bir mövsümdə qonaq qarşılama mədəniyyətinə malikdir. Ölkəmizə gələn qonaqları yüksək səviyyədə qarşılamaq Azərbaycan xalqının qanındadır. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Məkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də Azərbaycana səfər etdi. Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. İki ölkə rəhbərlərinin geniş tərkibdə görüşü keçirildi. Səfər çərçivəsində imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusi yer tutur. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qalxması deməkdir. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana səfəri zamanı apardığı danışıqlar, əməkdaşlıq və sənədlərin imzalanması onların əhəmiyyətini daha da artırır.
Vyetnam Sosialist Respublikası ilə ölkəmiz arasında ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq həyata keçirilir. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr əsasında yaxın gələcəkdə bu sahədə əməkdaşlıq daha da genişləndiriləcək.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə keçirilən mübadiləsi mərasimində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu”, “SOCAR Trading Singapore PTE LTD” ilə “Binh Son Refining and PetrochemicaI JSC” arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Vyetnam İnformasiya Agentliyi arasında əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VİNEN) arasında Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” kimi mühüm sənədlər də imzalandı.
Ölkə rəhbərləri eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardı və burada da heç bir fikir ayrılığının olmadıqı qeyd olundu. Eyni zamanda iki ölkənin beynəlxalq təşkilatlardakı birgə fəaliyyətinin yüksək dərəcədə ürəkaçan olması vurğulandı. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə də bu dəstəklənmə yüksək qarşılanmışdır. Eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərilməkdədir. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağını daha da artırmışdır.
Görüşdə Vyetnamın öz tarixində işğaldan əziyyət çəkdiyi, azadlıq müharibəsi nəticəsində ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu xatırlanıb. Eyni zamanda, Azərbaycanın da 30 ilə yaxın dövr ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi vurğulanıb.
Baş katib To Lam Vyetnamın azadlığı uğrunda mübarizəsində və bu ölkənin birləşməsi prosesindən sonra quruculuq və bərpa işlərində Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.
Ölkələr arasında bir çox istiqamətlər üzrə aparılan müzakirələr əsnasında fikir ayrılığının olmadığı vurğulandı.Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngin oldu. Səfər çərçivəsində mükəmməl nəticələrin əldə edilməsi gələn qonağı davamlı səfərlər etməyə ruhlandırdı. Azərbaycan ilə Vyetnam arasında aparılan danışıqlar,əldə edilmiş razılaşmalar və imzalanmış sənədlərdeməyə əsas verir ki, bundan sonra da ölkələr arasında qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addımlar atılacaq.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri