Azərbaycan Sovet dövründən də xalqlar arasında dostluq, əməkdaşlıq və daim sülhün tərəfdarı olub. Son dönəmlər də dünya xalqları ilə bağlanmış əməkdaşlıq müqavilələri, eləcə də icra olunan layihələr bunun əsaslı sübutudur. Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz gündən günə inkişaf etməklə yanaşı dünya siyasətində lider rolunu oynayır. Bu da Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Bir çox ölkələr kimi Viyetnam Azərbaycan dostluğu da dünya gündəmində yer almaqdadır. Dostluğun körpüsünün təməli 1959-cu ildə qurulub. Coğrafi məsafənin uzaq olmasına baxmayaraq Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min 1959-cu ildə Azərbaycan SSR-ə səfər edib. Təsadüfi deyil ki, 1983-cü ildə Ümummilli Lideri Heydər Əliyev Vyetnama səfər etmişdir. O dövürdə Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsini icra edirdi. Bu qarşılıqlı səfərlər Vyetnam Azərbaycan dostluq münasibətlərinin təməli olub, ölkələr arasında əməkdaşlığın möhkəmlənməsində daha da əlamətdar olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7 may 2025-ci ildə Azərbaycana səfəri ilə bağlı mətbuata bəyanatla çıxış edərək qeyd edib ki, “mən əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır. Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar”. 66 illik tarixi dostluq və əməkdaşlıq həm də Azərbaycan və Vyetnam ölkləri arasında praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələrin qurulması isə diqqətdədir. Son illər ölkələr arasındakı əməkdaşlıq nəticəsində ticarət dövriyyəsinin artması ilə yanaşı həm də neft-qaz sənayesində əlaqələr də inkişaf edir. Azərbaycanın mədəni dialoq gücləndirməsi nəticəsində nəqliyyat və logistika sahəsində yeni perspektivlər açılır. İqtisadi əməkdaşlıq sahəsində də Azərbaycan ilə Vyetnam arasında sabit müsbət dinamika nümayiş etdirilir.
Qeyd edək ki, Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Beynəlxalq Biznes Klubu arasında 2024-cü ildə sazişlərin imzalanması işgüzar əlaqələrin inkişafında mühüm addım olub.
Vyetnamda neft-qaz sənayesinin qurulmasında Azərbaycan neftçilərinin tarixi xidmətləri olmuşdur. 1981-ci ildə Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə “Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi yaradılır və Vyetnamın neft yataqlarının kəşfiyyatı, hasilatı üçün Azərbaycanın qabaqcıl neft mühəndisləri, geoloqları, ixtisaslaşmış işçiləri Vyetnama ezam olunurlar. Eyni zamanda, Azərbaycandan bu ölkəyə neft sənayesinə aid xeyli sayda texnika və avadanlıq gətirilir. Şirkətin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, geologiya bölməsinin ilk rəhbəri isə Müslüm Vəliyev olub. İkitərəfli əməkdaşlıqda iqtisadiyyat və enerji ilə yanaşı, humanitar və mədəni əlaqələr də getdikcə daha əhəmiyyətli sayılırdı. Bu baxımdan Vyetnamda Azərbaycan Tarixi və Mədəniyyətinin Öyrənilməsi Mərkəzi, eləcə də iki ölkə xalqları arasında əlaqələrin genişləndirilməsinə yardım edən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinın fəaliyyət göstərməsi əhəmiyyətlidir.
Azərbaycan elm və təhsil sahəsində dünya elminə və təhsilinə inteqrasiya etdiyi üçün Vyetnam elm və təhsil sahəsinə də inteqrasiya edərək əməkdaşlığa maraq göstərir. Bu da tələbə və elmi kadr mübadiləsinə şərait yaradır. Qeyd edək ki, hələ Sovet dövründə Azərbaycanda təxminən 5 minə yaxın vyetnamlı gənc təhsil alıb.
Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşü zamanı tələbələr ölkəmiz və burada keçirdikləri tələbəlik illərli ilə bağlı səmimi fikirlərini ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilməsi təsadüf deyildir, bu hər iki ölkənin əməkdaşlığına dostluğuna dayanır. Ölkələrimiz arasında mədəni əlaqələr get-gedə daha da inkişaf etməkdədir. Mədəni əlaqələrin inkişafında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun özünəməxsus yeri var. Fondu Heydər Əliyev Fondu Vyetnamda fəal surətdə layihələr həyata keçirir. 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi bunun bariz nümunəsidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın da Vyetnam Azərbaycan əlaqələrində dəstəyi əvəzsizdir. Onun aprel ayında Vyetnama səfəri zamanı görmə əngəlli şəxslər üçün orta məktəbə, eləcə də Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi təqdim edilmişdi. Həmçinin səfər çərçivəsində Leyla Əliyevanın Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə də əməkdaşlıq görüşü baş tutmuşdur. Bu görüşü zamanı xalqlar arasında əməkdaşlıq, dostluq əlaqələri qeyri-hökumət səviyyəsində müzakirə edilmişdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnam Azərbaycan əlaqələrində münasibətlərin daha da genişlənməsində öz dəstəyini əsirgəməmişdir.
İlhamə Qəsəbova
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent