Siyasət

  • 2 017

Ağayrı kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib FOTOLAR

image

Mart ayının 31-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Ağayrı kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak edib. Gündəlikdə duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədr müavinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olmuşdur. Gündəlikdə duran I məsələ ilə əlaqədar Ağayrı kənd ərazi partiya təşkilatının sədri Nizami Həsənov səhəti ilə əlaqədar iclasada iştirak edə bilmədiyi üçün sədr müavini Azər Qədimov hesabat dövrü ərzindəki fəaliyyəti barədə məlumat verdi. Ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş hesab edildi. Gündəlikdə duran II məsələ müzakirə edilərək Əhmədli Fərhad Əhməd oğlu ərazi partiya təşkilatının sədri, Qədimov Azər Balaş oğlu isə sədr müavini seçildilər.

Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs etdi. K.Qurbanlı yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək onlara işlərində uğurlar arzulayaraq, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.

Rəfiqə

Digər xəbərlər