PDF Oxu

Siyasət

  • 1 626

Heç bir cəhd Ermənistanı xilas etməyəcək

Heç bir cəhd Ermənistanı xilas etməyəcək

GALLUP International Association tərəfindən aparılan sorğu maraqlı nəticələri üzə çıxardı

Ermənistan əhalisinin əsas çoxluğu ölkələrinin gələcəyini, hətta ən aparıcı siyasətçilərinin sayəsində hər hansı bir uğur qazanacağına inanmadıqlarını etiraf edirlər. Məsələ ondadır ki, onlar bu qənaətə istər əvvəlki, istərsə də mövcud iqtidarların buraxdıqları kobud siyasi-idarəçilik səhvlərini dərk etdikdən sonra gəliblər.

Lakin maraqlı cəhət də var. Daha dəqiq desək, hazırkı ölkə rəhbəri Nikol Paşinyan Ermənistanın siyasi xadimləri arasında hələ də liderlik mövqeyini qoruyub-saxlamaqdadır.

Amma bu da o demək deyil ki, Ermənistan "ağ günə" çıxır...

Belə çıxır ki, erməni cəmiyyətinin əsas hissəsinin ona olan inamı qalmaqdadır, baxmayaraq ki, əvvəlki siyasi liderlərin də tərəfdarları az da olsa qalırlar. Amma bu da o demək deyil ki, Ermənistan "ağ günə" çıxır, əksinə, ölkə demək olar ki, özünün ən ağır və hətta mümkün süqutu dövrünə doğru irəliləyir.

Bu arada, mövzu ilə bağlı nüfuzlu GALLUP International Association sorğu mərkəzi ermənilər arasında sorğu keçirib. Sorğuya əsasən, əhalinin 1100 nəfəri bu sorğuda iştirak edib.

64 faiz erməni heç bir siyasətçiyə inanmır

Beləliklə, "Daha çox hansı siyasətçiyə etimad edirsiniz?" sualına ermənilərin 64%-i "Heç birinə" cavabını veriblər. Yeri gəlmişkən, siyahıya Nikol Paşinyanın, Ararat Mirzoyanın, Robert Koçaryanın, Aram Sarkisyanın, Serj Sarkisyanın və Alen Simonyanın adları salınıb.

Məhz bu baxımdan, Paşinyan digər rəqiblərindən az-çox fərqli şəkildə önə çıxıb. Sorğuda iştirak edənlərin 14%-i məhz ona üstünlük veriblər.

İkinci yeri isə 2%-lə Robert Koçaryan, Armen Sarkisyanın və Alen Simonyan, Ararat Mirzoyan bölüşüblər. Serj Sarqsyan isə ümumiyyətlə "0"da qalıb.

Paşinyanın partiyası cəmi 21 faiz əldə edə bilib

Partiyalara gəldikdə isə, "Hansı siyasi partiyanı və ya alyansı dəstəkləyirsiniz?" sualına ermənilərin 30%-i "Onların heç birini dəstəkləmirəm" - deyə cavab verib. Partiyalar arasındakı sorğuda Paşinyanın "Vətəndaş sazişi" partiyası cəmi 21% dəstək alıb.

Fakt budur ki, Ermənistan cəmiyyəti artıq inamsızlıq girdabında batmaqdadır və xilaslarını ölkəni tərk etməkdə görürlər. Məhz bu reallıq yuxarıda da qeyd edildiyi kimi süqut amilini qabardır. Nə xarici təşkilatlar, nə də Ermənistanı yenidən silahlandırmağa qərar verən digər havadarlar bu reallığın qarşısını ala bilməyəcəklər.

Afət Tahirqızı

Digər xəbərlər