“İlham Əliyev Azərbaycanın Avrasiyanın əsas dövlətləri ilə çoxtərəfli formatda daha da yaxınlaşmağa hazır olduğunu nümayiş etdirdi”
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan nizamlanmasında ciddi irəliləyiş gözləmək olmaz. Hətta nəqliyyat və logistika blokunun açılması yolunda - Rusiya, Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada müzakirə etdiyi məsələyə baxmayaraq. Ekspert bunun əsas səbəblərini “Moskva-Baku” portalına şərh edib. Politoloqun şərhini oxucularımıza təqdim edirik.
Bakı və İrəvan Moskvanın vasitəçiliyi ilə nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı konkret razılığa gələcəkmi?
Hələlik, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçirilən görüşünün nəticələri qeyri-müəyyən görünür. Aydındır ki, Moskva Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında ilkin olaraq nizamlanma üçün ölkələr arasında nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması, praktiki ticarətdə həm İrəvan, həm də Bakı üçün digər ölkələrə yük daşımalarında faydalıdır.
Ona görə də Vladimir Putin, əslində, Paşinyanla Əliyev arasında dəhlizlərin nəqliyyat marşrutu, yoxsa yol olması ilə bağlı gərgin mübahisə zamanı yenidən sülhməramlı vasitəçi rolunu oynayır, hesab edir ki, əslində, bütün bunlar “texniki” xarakterli bir məsələdir. Ən əsası odur ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıb.
Bu həftə baş nazir müavinləri kilidin açılmasının texniki detallarını müzakirə edəcəklər. Lakin Rusiya prezidentinin mətbuat katibinin bu yaxınlarda verdiyi bəyanata əsaslanaraq deyə bilərik ki, əsas məsələ nə qədər tez nəticə əldə etmək deyil, nə qədər keyfiyyətlə nail olmaqdır. Daha əvvəl Ermənistanın baş nazirinin Laçın dəhlizi üzrə Moskva danışıqlarının nəticələrinin İrəvan üçün “qeyri-qənaətbəxş” olduğunu bildirməsinə və Azərbaycana qarşı guya razılaşmaları yerinə yetirmədiyinə dair növbəti ittihamlara əsasən, tərəflərin kommunikasiyaları blokdan çıxarmaq kimi sadə bir məsələnin həllində razılaşa biləyəcəyini söyləmək çətindir.
İyunun 8-də Soçidə MDB dövlətlərinin Hökumət Başçıları Şurasının iclası keçiriləcək. Rusiya baş naziri Mixail Mişustinlə Ermənistanın baş naziri Paşinyanın iclasdan sonra görüşəcəyi barədə artıq məlumat var, burada Mişustinin azərbaycanlı həmkarı ilə görüşünün də baş tutacağına şübhə yoxdur. Rusiya XİN etiraf edib ki, tərəflər Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələri blokdan çıxarmaq məsələlərini müzakirə edə bilərlər və bundan sonra 3 ölkə liderlərinin yeni görüşü mümkündür.
Beləliklə, razılaşmanın dərəcəsi hələ aydın deyil. Eyni zamanda, Əliyevin Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamalara və bu konsepsiyanın Avrasiya Ali İqtisadi Şurasının iclasında müzakirəsinə, o cümlədən Nikol Paşinyanın artıq avtomobillərin sərbəst keçidi məsələsində İrəvanın problemləri ilə bağlı sonrakı bəyanatlarına əsaslansaq Laçın yolu ilə bağlı Azərbaycan prezidentinin əvvəlkiı bəyanatının gerçəkləşməsi tamamilə mümkündür - İrəvan Zəngəzur yolunun “dəhliz” məntiqinin həyata keçirilməsinə getməsə, onda Laçın yolunda erməni maşınları üçün pulsuz keçid olmayacaq.
Digər tərəfdən, Azərbaycanın mümkün güzəştlərinə, habelə nəqliyyat kommunikasiyalarının açılmasının Ermənistan üçün açıq-aşkar faydasına baxmayaraq, Yerevanın onsuz da bu layihəni davam etdirib-etdirməyəcəyi bəlli deyil. Uzağı yenidən imza atacaq, amma vaxtı uzadacaq. Müxalifət Ermənistan hakimiyyətinin azərbaycanpərəst mövqedə olması ittihamları ilə yenidən ayağa qalxsa da.
İlham Əliyevin Bakının 3-cü dəfə Qarabağ ermənilərini dialoqa dəvət etməyəcəyi və Qarabağda özünü “administrasiya” adlandıran qurumları ləğv etməyə ehtiyac olduğu barədə bəyanatları ilə bağlı
İlham Əliyev bu yaxınlarda Laçın rayonunda olarkən nizamlanma ilə bağlı yenidən Ermənistana siqnal göndərib. Birincisi, mən hesab edirəm ki, ən mühüm bəyanatlardan biri odur ki, Qarabağdakı bəzi “idarələr”, qondarma separatçı “hökumətlər” buraxılmalıdır. Bir də ki, Bakı Qarabağ ermənilərinə sülh, danışıqlar əli uzatdı, lakin bu, sonsuzadək davam edə bilməz. Və əgər İrəvanda kimsə manipulyasiya etməyə cəhd etsə, o zaman bunun sonu onlar üçün yaxşı olmayacaq.
İkincisi, Əliyev xəbərdarlıq etdi ki, Azərbaycan güclü ölkədir, güclü regional mövqelərə və güclü orduya malikdir. Əgər Ermənistan sülh təşəbbüsləri ilə bağlı yalan danışmağa davam etsə, bunun yalnız bir nəticəsi var- Bakı özünün olanı özünə qaytaracaq.
Bundan sonra Nikol Paşinyan parlamentdə tezisini irəli sürməyə başladı ki, ola bilsin ki, bu cür bəyanatlarla Azərbaycan Bakı və İrəvan arasındakı razılaşmalardan, ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaqdan imtina edib. Ermənistan XİN rəhbəri xarici dövlətlərin rəsmiləri ilə görüşlərdə də Azərbaycan tərəfindən müəyyən razılaşmaların “pozulduğunu” bəyan etməyə başlayıb. Ümumiyyətlə, İrəvandan yeni heç nə görmürük, eyni havanı çalmağa davam edir...
Ona görə də nəqliyyat marşrutları layihələrinin icrası ilə bağlı hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir.
Rusiya, ABŞ və Aİ arasında nizamlanma üzrə “şahmat” oyunu davam edir və Moskva görüşü nizamlanma üçün atılan addımlardan biridir. Dünən Slovakiyanın Bratislava şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib. Orada çıxış edən Qriqoryan bəyan etdi ki, Azərbaycan “maksimalist istəklərdən” əl çəkməlidir. O, yenidən Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının “beynəlxalq mexanizm” vasitəsilə “təmin edilməsinin” vacibliyini təbliğ etməyə başlayıb. Deməli, tərəflər artıq qarşılıqlı ərazi bütövlüyünü tanıyıblar. Bu da Moskvada qeydə alınıb və fundamental adlandırılıb. Bəs o halda Ermənistan nə istəyir? Məsələ burasındadır ki, o, Qarabağ erməniləri üçün xüsusi yüksək status “tələb edir”. Ümumiyyətlə, İrəvan artıq bir neçə gündür ki, təkrar edir ki, görürsünüz, Bakı, Ermənistanın sülh müqaviləsinin mətni ilə bağlı yeni təkliflərinə cavab verməyib. Görünür, bu, dəfələrlə təkrarlanır ki, sonralar sülh prosesini pozan Bakıdır deyə beynəlxalq ictimaiyyətə bəyan etsin. Qriqoryan Hacıyevlə görüşdə yenidən “Qarabağ məsələsinə”, Hacıyev isə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistanın Qarabağa silah göndərməkdə davam etdiyinə işarə edib. Doğrudan da, biz görürük ki, Azərbaycan Laçın yoluna nəzarəti bərqərar etdikdən sonra da Ermənistan və erməni birləşmələri Qarabağa silah-sursat ötürür. Ermənistan Azərbaycana qarşı təxribat törətməkdə davam edir, artilleriya atəşi davam edir.
Qarşıda Aİ sammiti çərçivəsində Kişinyovda Əliyev, Paşinyan, Makron və Şolz arasında potensial görüş var. Azərbaycan isə iştiraka hələ ki, yekun razılığını verməyib. İyulda isə Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü var.
İnanıram ki, Paşinyan hesab edir ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq və imzalamaq üçün ölkə daxilində risklər (razılaşma imzalanacağı təqdirdə xarici oyunçular regionda sabitliyi pozmaq üçün nəsə “düşünə bilərlər”) onun üçün çox yüksək olaraq qalır. Ona görə də onun tezliklə bunu edəcəyini düşünmürəm. Və Qarabağ yolunda Azərbaycanla Ermənistan, Rusiya ilə Qərb arasında “şahmat oyunu” davam edəcək.
İrəvan Qərblə nümayişkaranə rəqsini dayandırmır. Rusiya və KTMT-nin tənqidi də dayanmır. Ona görə də Ermənistanın taktikasında böyük dəyişikliklər görmürəm.
Düşünürəm ki, Ermənistan heç bir imzaya razı olmayacaq. Və prosesi ləngitməyə çalışacaq. Eyni zamanda, bayaq qeyd etdiyim kimi, çox güman ki, Azərbaycan Qarabağdakı rus sülhməramlılarının mandatının bitməsini gözləyəcək, Rusiyaya göstərdiyi yardıma görə təşəkkür edəcək, hər şeyi diplomatik, gözəl şəkildə təşkil edəcək, lakin mandatı təzələməyəcək. Rusiya sülhməramlıları gedəcək, Azərbaycan ordusu Qarabağın qalan hissəsini nəzarətə götürəcək. Azərbaycan Respublikasının, prinsipcə, tələsməyə yeri yoxdur. O, işğaldan azad edilmiş ərazilərini bərpa edir. Azərbaycan bu vəziyyətdə yumşaq əlcəkdə sərt əldir. O, ciddi, konstruktiv oyunçudur. O, mütəmadi olaraq öz rəqibinə (xüsusilə Ermənistana münasibətdə- uduzan tərəfə qalib kimi) sülh yolu ilə getməyi təklif edəcək. Amma vəziyyət nəhayət divara dərənirsə və rəqib onun xoş niyyətinə baxmayaraq, bu sülh əlini qəbul etmək istəmirsə, onun istədiyi kimi sülhə məcbur etmək hüququ var.
İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirakı haqqında
Azərbaycan Prezidenti İlham Əliyev tarixdə ilk dəfə olaraq Avrasiya Ali İqtisadi Şurasının iclasında iştirak edib. Hesab edirəm ki, bu əlamətdar və çox mühüm hadisədir. Nə qədər qəribə səslənsə də, bəlkə də effektivlik və perspektiv baxımından Putin-Əliyev-Paşinyan görüşündən də əhəmiyyətli hadisədir. Bununla da Əliyev Azərbaycanın Avrasiyanın əsas dövlətləri ilə çoxtərəfli formatda daha da yaxınlaşmağa hazır olduğunu nümayiş etdirdi. Azərbaycan bu gün MDB məkanında bütün qonşuları ilə bu və ya digər dərəcədə konstruktiv münasibətlər qurmağı bacaran dövlətdir. Əliyevə hər yerdə hörmət edirlər. Və bu əhəmiyyətli faktordur. Rusiya da bunu başa düşür, Azərbaycanın siyasi və iqtisadi potensialını, Şərqlə Qərb arasında, türkdilli ölkələr arasında mövqeyini görür. Ona görə də Rusiya üçün Azərbaycanı Aİİ-də istənilən statusda görmək çox yaxşıdır. Üstəlik, Moskva çoxdan belə maraq nümayiş etdirir və Azərbaycanı dəvət edir. Və bu gün Azərbaycan da gördü ki, dünyanın ciddi transformasiyalar apardığı yeni geosiyasi və geoiqtisadi reallıqlarda Aİİ dövlətlərinə təkliflərindən yararlana bilər.
Tərcümə - Elçin Bayramlı