PDF Oxu

Siyasət

  • 1 888

AĞSTAFADA ŞƏHİD ELVİN İMAMƏLİYEVİN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB - FOTOLAR

image

09 may 2025-ci iltarixdə YAP Ağstafa Rayon Təşkilatı Gənclər Birliyinin sədri olmuş Vətən müharibəsi şəhidi İmaməliyev Elvin Elsevər oğlunun doğum günü münasibətilə Qırılı kənd qəbiristanlığında məzarı ziyarət edilərək, əziz xatirəsi ehtiramla yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşlarının, şəhid ailələrinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə həmçinin şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunaraq, əziz xatirələri ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər